San-Marinoda Azərbaycana həsr olunmuş böyük tədbir keçirilib

 

San-Marinoda Azərbaycanın böyük həqiqi dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan Bolqarıstan nümayəndəliyinin başçısı Aureliya Qriqoriunun Malta Ordeninin ən yüksək mükafatı - Böyük Malta Xaçı ilə mükafatlandırılması mərasimi keçirilib.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut AZƏRTAC-a bildirib ki, Aureliya Qriqoriu bu mükafata humanizm, ədalət, sülh, tolerantlıq multikulturalizm ideallarını dəstəklədiyinə onları təbliğ etdiyinə görə layiq görülüb. Onu bu mükafata 2013-cü il iyulun 4-də Yerevandakı çıxışına, habelə insan hüquqlarının müdafiəsi işinə töhfəsinə görə layiq görüblər. A.Qriqoriu həmin çıxışında Ermənistanda insan hüquqlarının pozulması, Azərbaycanda bir milyondan çox qaçqın məcburi köçkün probleminin mövcud olması barədə dünya birliyinə məlumat verib.

Malta Ordeninin yüksək mükafatının təqdim edilməsi mərasimi çərçivəsində Aureliya Qriqoriunun təşəbbüsü ilə San-Marino Respublikasının siyasi biznes elitasının İtaliyanın nümayəndələrinin iştirakı ilə dəyirmi masa görüşü keçirilib. Dəyirmi masanın işində Aureliya Qriqoriu ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məshəti Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının prezidenti Elmar Məmmədov, Moldovanın İctimai Palata qeyri-hökumət təşkilatının başçısı Dmitri Xaritonov iştirak ediblər.

Doktor Lamberto Franka dəyirmi masa açaraq bildirib ki, bu günü tarixi gün hesab etmək olar, çünki San-Marinonun siyasi biznes elitası ilk dəfə Azərbaycan haqqında ətraflı informasiya alacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva Azərbaycan dövlətinin dünyəvi modelindən, dövlət səviyyəsində multikulturalizm tolerantlıq siyasətinin yürüdülməsindən, Azərbaycanın populyarlığının artmasından, onun inkişaf etmiş iqtisadiyyatından əlverişli investisiya mühitindən, turizm imkanlarından bir çox digər məsələlərdən ətraflı söz açıb.

Məhsəti Əliyeva bildirib ki, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmasına baxmayaraq, dünyanın bir çox aparıcı şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə çəkinmədən sərmayə yatırırlar, çünki əmanətlərinin təhlükəsizliyinə verilən zəmanətə əmindirlər.

Məhsəti Əliyeva fürsətdən istifadə edərək, tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışıb. O deyib: Bu gün Avropa bir milyon qaçqın problemi ilə üzləşib. Təsəvvürünüzə gətirin ki, Azərbaycan 20 ildən çoxdur ki, bir milyondan çox qaçqının məcburi köçkünün öhdəsindən təkbaşına gəlir. Müasir güclü Azərbaycanın siyasəti tolerantlıq multikulturalizm modeli üzərində qurulub. Azərbaycan xalqının tolerantlığı multikulturalizmi müxtəlif millətlərin konfessiyaların nümayəndələri ilə ümumi dil tapmağa kömək edir.

Multikulturalizm modelinin iflasa uğradığını açıq etiraf edən bir çox aparıcı Avropanın ölkələrindən fərqli olaraq, Azərbaycanda tolerantlıq multikulturalizm Azərbaycan dövlətinin ən böyük sərvətidir Azərbaycan xalqının sülhpərvər mahiyyətini üzə çıxarır. Bu model çoxmillətli dövlətlərdə etnosiyasi sabitlik yaradılması üçün ən yaxşı örnək ola bilər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan Bolqarıstan nümayəndəliyinin başçısı Aureliya Qriqoriu bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətraf yeddi rayonu işğal edilib, nəticədə bu gün Azərbaycanda bir milyondan çox qaçqın məcburi köçkün var. Buna baxmayaraq, məhz Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Azərbaycan rəhbərliyinin dövlət siyasəti fenomeni elə buradan qaynaqlanır.

A.Qriqoriu vurğulayıb: Bu dövləti fərqləndirən cəhət budur ki, ərazilərinin 20 faizinin işğalından əziyyət çəkməsinə, bir milyondan çox qaçqın məcburi köçkün probleminin olmasına baxmayaraq, ölkədə sülh, ehtiram, xeyirxahlıq humanizm mühitini təmin edir. Bu gün Avropanı bürüyən qaçqınlar problemi on milyon əhalisi olan Azərbaycanın təcrübəsi nəzərə alınmaqla həll edilə bilər, çünki bu ölkə artıq 25 ildən çoxdur ki, başqa dövlətlərin dəstəyi olmadan, müstəqil surətdə bir milyondan çox qaçqın məcburi köçkün probleminin öhdəsindən gəlir.

Aureliya Qriqoriunun fikrincə, Azərbaycan elə bir ölkədir ki, onun millətindən, etnik yaxud irqi mənsubiyyətindən, ünsiyyət dilindən dini etiqadından asılı olmayaraq, bütün sakinləri özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri hiss edirlər. O deyib: Təsadüfü deyildir ki, Azərbaycan Avstraliya, Kanada, Argentina İsveç kimi ölkələrlə yanaşı, dünyanın ən tolerant beş ölkəsi sırasına daxil olub. Azərbaycan haqlı olaraq dini tolerantlıq örnəyi sayılır. Bu ölkə tolerantlıq səviyyəsinə görə təkcə Asiyanın deyil, Avropa ölkələrinin çoxunu qabaqlayıb. Bu gün Azərbaycanın tolerantlıq modeli həm müsəlman dünyası, həm Avropa üçün örnək sayılır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycan-yəhudi münasibətlərin tarixi üzərində ətraflı dayanaraq, İsrail-Azərbaycan strateji tərəfdaşlığının uğurlu inkişafının müasir mərhələsindən, o cümlədən siyasi dialoqun yüksək səviyyəsindən, iqtisadi tərəfdaşlığın hərbi-texniki əməkdaşlığın inkişafından danışıb. O deyib: Azərbaycan Cənubi Qafqazda geosiyasi geoiqtisadi proseslərin lideri kimi müstəqilliyinin cəmi 25 ili ərzində iri beynəlxalq neft, qaz nəqliyyat layihələri həyata keçirib, böyük uğurlara tərəqqiyə nail olub. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində mühüm geosiyasi geoiqtisadi mərkəz rolu oynayıb. İsrail dövləti Azərbaycan neftini məhz bu kəmər vasitəsilə alır.

Artıq uzun illərdir Azərbaycanın tarixi ərazisinin 20 faizini işğal etmiş Ermənistanla müharibə vəziyyətində olduğunu vurğulayan A.Qut deyib: Ermənistanla silahlı münaqişəyə baxmayaraq, Azərbaycan sivilizasiyalararası konfessiyalararası dialoq nümunəsidir. Yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün istər millətlərarası, istərsə dinlərarası münaqişələrin alovlandığı bu təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq multikulturalizm siyasəti yürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqət qayğıkeşliklə yanaşır, səmimi münasibət bəsləyir. İnkaredilməz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası qədər sıx səmimi münasibətləri yoxdur. Bir neçə il əvvəl paytaxtın mərkəzində yeni sinaqoqlar Cənubi Qafqazda yəhudi uşaqlar ən böyük təhsil mərkəzi inşa edilib. Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin sıx yaşadığı yeganə unikal yerdir, Azərbaycanın fəxridir. Burada yəhudilər azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. Bu gün yəhudi kipa qoyub Parisdə gəzməyə cəsarət etməz, Bakıda isə yəhudilər rahatca kipa qoyur, bütün milli bayramlarını qarşılayır, Beynəlxalq Holokost Gününü İsrailin Müstəqillik Gününü qeyd edirlər.

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının prezidenti Elmar Məmmədov həm Azərbaycanın, həm Ukraynanın iqtisadi inkişafı barədə qonaqlara məlumat verib, hər iki ölkənin turizm sektoruna yatırılan sərmayələrin faydasından, turizmin populyar istiqamətindən - iki ölkənin müalicəxanalarında tibbi turizmdən danışıb.

Mehriban dostluq şəraitində keçirilən görüş Azərbaycana böyük maraq oyadıb..

Yeni Azərbaycan.- 2016.- 2 dekabr.- S.6