Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilə yekun vurub

 

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gündəlikdə 6 məsələnin - nazirliyin 2016-cı il üçün hesabatının təsdiq edilməsi, nazirliyin 2017-ci ilin birinci yarım il üçün planının təsdiqi, Bakı şəhərinin evmemorial muzeylərin vəziyyəti, onların sosial, elmi-metodiki fəaliyyətinin əsas istiqamətləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müsbət təcrübəsinin öyrənilməsi və yayılması, Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramının icrası və gənc mədəniyyət işçilərinin rasional fəaliyyətinin təşkilinin yer aldığını bildirib.

Qeyd edib ki, nazirlik tərəfindən ilin yekunlarını əhatə edən 76 səhifəlik təqdimat hazırlanıb və bu sənəddə hər şey öz əksini tapıb.

Nazir məruzəsində 2016-cı ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.

Nazirliyin fəaliyyətinin həmişə diqqət mərkəzində olduğunu söyləyən Ə.Qarayev qurumla bağlı KİV-də gedən məlumatları diqqətə çatdırıb. Bildirib ki, 2016-cı il ərzində qəzetlərdə mədəniyyətlə bağlı 30402, turizmlə bağlı 14979 yazı, televiziya kanallarında mədəniyyət sahəsində 13370-dən çox, turizm sahəsində 3615 süjet, saytlarda isə mədəniyyət üzrə 172900, turizm üzrə 96130 informasiya verilib.

Nazirliyin işinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun həyata keçirildiyini qeyd edən natiq vurğulayıb ki, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib. Bakıda keçirilən BMT-nın Sivilizasiyalar Alyansının VII Qlobal Forumu buna əyani sübutdur.

Nəzərə çatdırıb ki, mədəniyyətin inkişafı ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən tədbirləri xüsusi qeyd etmək lazımdır.

Mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu il həm də UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında xalqımızın daha bir irs nümunəsi - Lavaş çörəkbişirmə ənənəsi bəşəriyyətin qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir, - deyə nazir vurğulayıb.

Diqqətə çatdırılıb ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən beynəlxalq tədbirlər təşkil olunub. Bu tədbirlər ölkə başçısı tərəfindən elan edilmiş Multikulturalizm ilinə böyük töhfələr verib. Nazirliyin fəaliyyətinin multikulturalizm ideyaları ətrafında həyata keçirildiyini deyən Ə.Qarayev bu il incəsənət sahəsində uğurlu işlərin görüldüyünü söyləyib. Multikulturalizmteatr şüarı altında Azərbaycanda böyüknüfuzlu teatr konfransının keçirilməsi ölkəmizdə multikulturaltolerant mühitin olmasının sübutudur.

Nazir ölkəmizdə ənənəvi olaraq keçirilən musiqi festivallarının, mədəniyyət xadimlərinin yubiley tədbirlərinin, rəssamların sərgilərinin, musiqiçilərin konsertlərinin təşkil edildiyini də diqqətə çatdırıb.

Bildirilib ki, cari ildə Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin, Belçika Krallığının Vaterlo şəhərində isə Xurşidbanu Natəvanın heykəlləri ucaldılıb. Azərbaycanda mədəniyyət, incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açan nazir deyib ki, ötən illərdə olduğu kimi 2017-ci ildə də görkəmli mədəniyyət xadimlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində işlər görüləcək. Belə ki, yeni ilin ilk aylarında Bakıda böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin heykəlinin açılışı olacaq. Eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldılacaq.

Özəl mədəniyyət ocaqlarının fəaliyyəti barədə danışan nazir ÜNS Yaradıcılıq Səhnəsinin 10 illiyinin qeyd edildiyini söyləyib. Gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılmasını əsas hədəflərindən biri hesab edən YARAT Müasir İncəsənət Mərkəzinin layihələrinə nazirliyin dəstək verdiyini deyib.

Nazir teatr sahəsində də müsbət tendensiyaların formalaşdığını bildirib.

Muzeylərin fəaliyyəti ilə bağlı problemlərdən söz açan Əbülfəs Qarayev deyib ki, Milli İncəsənət Muzeyinin üçüncü korpusunun hazırlanması istiqamətində aparılır, həmçinin region muzeylərinin təkmilləşdirilməsi yönündə işlər davam etdiriləcək. Ev-muzeylərində nəzərə çarpacaq dəyişiklərin olmadığını söyləyən nazir bu istiqamətdə təbliğatın aparılmasının, layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qoruqların fəaliyyəti haqqında danışan Ə.Qarayev il ərzində 250 min ziyarətçinin qeydə alındığını deyib. Bu ilin kinematoqrafiya sahəsi üçün uğurlu olduğunu bildirən nazir Azərbaycanfilm kinostudiyasının fəaliyyətinin formalaşdığını söyləyib. Nizami Kino Mərkəzinin isə paytaxtın əyləncə mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir ölkədə sahibkarların iştirakı ilə əlaqədar olaraq kinoteatr şəbəkəsini genişləndirməyin qarşıya qoyulan məsələlərdən olduğunu vurğulayıb.

Kitab dövriyyəsi sahəsində də mühüm işlər görüldüyünü deyən nazir bildirib ki, bu il uşaqmusiqi sahəsində ədəbiyyatların hazırlanmasına xüsusi diqqət yetirilib. Bir çox regionlarda avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramı tətbiq edilir.

Təhsil sistemində irəliləyişlərin müşahidə edildiyini söyləyən nazir müəllimlərin işə qəbulunun tender və müsabiqə yolu həyata keçirildiyini bildirərək deyib: Xoreoqrafiya Akademiyasının maddi-texniki bazası genişləndirilir, yeni ixtisasların açılması ilə bağlı işlər aparılır. Həmçinin TurizmMenecment Universitetində BMA proqramının yaradılması istiqamətində də işlər görülür.

Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin maliyyələşmə məsələsinə toxunaraq bildirib ki, tədricən mədəniyyət müəssisələri öz tələbatlarını gəlirləri hesabına ödəməlidir.

Nazir qeyd edib ki, turizmlə bağlı həyata keçirilən siyasət, bu sahədə reallaşan layihələr Azərbaycanda turizmin inkişafına öz təsirini göstərir. Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olunub. Bildirib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik.

Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarımillik planı təsdiq edilib.

Yeni Azərbaycan.- 2016.- 28 dekabr.- S.5