Vladimir Doroxin: Rusiya diplomatiyasının Azərbaycanda təcrübəsi maraqlı və ibrətamizdir

 

Vladimir Doroxin: Rusiya diplomatiyasının Azərbaycanda təcrübəsi maraqlı və ibrətamizdirRusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) “Rusiya-Azərbaycan-2015” fotosərgisi açılıb. Sərgi hər il fevralın 10-da Rusiyada, habelə onun xarici ölkələrdəki səfirlik və nümayəndəliklərində qeyd edilən Diplomatik İşçilər Gününə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Bakıda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, informasiya agentliklərinin və mətbu nəşrlərin, Rusiyanın həmvətənlər təşkilatlarının rəhbərləri, aparıcı politoloqlar, ictimai birliklərin və gənclər təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin fotosərginin açılışı mərasimində çıxış edib. Səfir tədbirə toplaşanları bayram münasibətilə təbrik edərək vurğulayıb ki, Rusiyada diplomatiya işinin zəngin tarixi və çoxəsrlik ənənələri var. O, Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirərək deyib: “Diplomat günü Rusiyada peşə bayramıdır. Həmin gün biz keçmişi xatırlayır, gələcək haqqında düşünürük. Azərbaycanla qarşılıqlı münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz əməkdaşlıq etməyi və bir-birimizi anlamağı öyrənmişik”.

Vladimir Doroxin daha sonra vurğulayıb: “Azərbaycanla qarşılıqlı münasibətlər baxımından, işlərimiz yaxşı gedir. Rusiya diplomatiyası bütün bunlara Azərbaycan tərəfi ilə, Azərbaycan diplomatiyası ilə əməkdaşlıq sayəsində nail olub.

Ölkələrimizin qarşılıqlı münasibətlərinin prinsipləri hələ 2000-ci ildə iki lider - Heydər Əliyev və Vladimir Putin tərəfindən işlənib hazırlanıb. Zaman göstərdi ki, bu prinsiplər düzgündür. Biz əməkdaşlıq etməyi öyrəndik. Mənafelərimiz üst-üstə düşürbu, böyük üstünlükdür. Azərbaycan istiqamətində baş verən bütün dəyişiklikləri müsbət qiymətləndirirəm”.

Sonra qonaqlar Rusiya diplomatiyasının formalaşma tarixini, onun bugünkü vəziyyətini və Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini əks etdirən ekspozisiya ilə tanış olublar.

Ekspozisiyaya 2015-ci ildə Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisələri əks etdirən fotosənədlər daxil edilir. Burada Rusiya və Azərbaycan prezidentlərinin, hər iki ölkənin hökumət üzvlərinin yer alıb. Regionlararası və humanitar əməkdaşlıq məsələlərinə, Bakıda birinci Avropa Oyunlarına, “Rusiya və Azərbaycan Azarkeşlər Evinin işinə xüsusi diqqət yetirilib.

Yeni Azərbaycan.- 2016.- 4 fevral.- S.6