Məlahət
İbrahimqızı: Dövlətimiz səhiyyənin
inkişafına, əhalinin sağlamlığına böyük önəm verir
“Dövlətimiz səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük önəm verir. Təhlükəsizlik konsepsiyasının tərkibində xalqın, millətin sağlamlıq məsələsi də əsas yer tutur”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, parlamentin Səhiyyə komitəsinin yaradılması da dövlətin səhiyyə sahəsinə verdiyi önəmin göstəricisidir. Onun sözlərinə görə, hazırda ən aktual məsələ icbari tibbi sığorta sisteminin tətbiqidir.
“Hazırda ölkəmizin hər yerində
yüksək standartlara cavab
verən səhiyyə infrastrukturu
yaradılıb. İcbari tibbi
sığorta sisteminə keçid üçün ciddi zəmin
var. Müvafiq qanunvericilik mövcuddur,
Nazirlər Kabineti yanında İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi
də yaradılıb. Demək olar ki, ölkəmizin bütün
bölgələrində müasir tibb ocaqları yaradılıb, eləcə də
kadr potensialı da var. Amma bu
çox mürəkkəb prosesdir. Hazırda bu sistemə
keçid üçün
ciddi hazırlıqlar gedir,
beynəlxalq təcrübə öyrənilir. Bu
sistemə ağrısız keçmək üçün
təbii ki, çox dəqiq
mexanizmlər müəyyənləşdirilməlidir. Baş nazirin müavini Əli Əhmədovun
iştirakı ilə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar
ölkəmizdə bir sıra beynəlxalq
tədbirlər keçirilib, müxtəlif
addımlar atılır. Yəni Azərbaycan hökuməti bu məsələni diqqət mərkəzində
saxlayır. Yaxın müddətdə pilot
layihələrin başlanılması gözlənilir. Ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə
bu sistem uğurla tətbiq olunacaq”
- deyə, M.İbrahimqızı vurğulayıb.
Yeni Azərbaycan.- 2016.- 3 iyun.- S.3