Akademik Arif Paşayev BMA-nın “Fəxri
Qızıl Nişanı” və Diplomu ilə
təltif olunub
Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Mir Cəlal oğlu Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.
Yeni Azərbaycan.- 2016.- 8 iyun.- S.4