Dövlətqaçqınkomda Novruz bayramı ilə bağlı tədbir keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Novruz bayramına həsr olunan tədbir keçirilib.

Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan xalqını, o cümlədən erməni təcavüzü nəticəsində bu gün doğma ocaqlarından didərgin salınaraq o yerlərin həsrəti ilə yaşayan bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün soydaşımızı təbrik edib, tədbir iştirakçılarına çalışdıqları məsul sahədə uğurlar, bol ruzi, ölkəmizə isə sülh və əmin-amanlıq arzulayıb.

Baş nazirin müavini dostluq, qardaşlıq, sülh, əmin-amanlıq, barışıq bayramı olanbütün türk dünyasında qeyd edilən Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada törədilmiş terror aktından dərhal sonra Türkiyəyə əvvəlcədən planlaşdırılmamış səfərini qardaşlığın, dostluğun, xalqlarımızın birliyinin bariz nümunəsi kimi dəyərləndirib, istər qardaş Türkiyədə, istərsə də Azərbaycanda bu addımın böyük qürur doğurduğunu diqqətə çatdırıb. “Türkiyə-Azərbaycan münasibətlərində yeni bir səhifə açan bu səfər bir daha sübut etdi ki, iki qardaş ölkə həmişə çətin gündə də, xoş gündə də bir-birinin yanında olubbundan sonra da olacaq, - deyə Əli Həsənov əlavə edib.

Komitə sədri qeyd edib ki, Türkiyədə böyük bir faciənin yaşandığı vaxt Azərbaycanın dövlət başçısının Ankara səfəri ağır gündə qardaş ölkənin yanında olmaq anlamını ifadə etməklə bərabər, bir siyasətçi və dövlət adamı üçün olduqca qətiyyətli addım, hər iki ölkənin nümunəsində dünyaya bir mesaj idi. Əslində, regionda vəziyyətin gərgin olduğu, xarici siyasətdə ehtiyatlı və balanslı kursa üstünlük verməyin daha rahat və əlverişli sayıldığı indiki dövrdə hər hansı müttəfiqliyi və birliyi xoş qarşılamayan böyük güclərin potensial təzyiqlərindən çəkinmədən belə qətiyyətli mövqe ortaya qoymaq bir dövlət başçısı üçün böyük cəsarət nümunəsi sayılmalıdır və Prezident İlham Əliyev də bu cəsarəti göstərdi.

Ümumiyyətlə, dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi ayrı-ayrı vaxtlarda və ən müxtəlif situasiyalarda dəfələrlə qətiyyətli mövqe nümayiş etdirməsini xüsusi vurğulayan Baş nazirin müavini bildirib: Biz dövlətimizin başçısının Azərbaycanın mənafeyi ilə bağlı taleyüklü məsələlərdə birmənalı və qətiyyətli mövqe ortaya qoymasının, cəsarətli addımlar atmasının dəfələrlə şahidi olmuşuqgörmüşük ki, məqamında nümayiş olunan jest, atılan qətiyyətli addım heç zaman unudulmur. Azərbaycan Prezidentinin qardaş Türkiyəyə bu tarixi səfəri də cəsarətli və qətiyyətli addım kimi diplomatiya tarixinə düşəcək”.

Novruz bayramını Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsi kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov deyib ki, bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də yüksək əhval-ruhiyyə ilə qeyd olunan bu bayramın milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı ideologiyamızın ana sütunu kimi əbədiləşdirib. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklükyaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirib.

Ulu öndərin ideyalarına sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.

Novruz bayramının əhəmiyyətindən, atributlarından, xalqımızın milli mənəvi dəyərlərini özündə yaşatmaq baxımından oynadığı roldan ətraflı söhbət açılan tədbirdə Novruzun xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən qədim el bayramı olduğu vurğulanıb. Bildirilib ki, xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günüelan olunub.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da kollektivə və xalqımıza Novruz təbriklərini çatdırıb, Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanmasında və inkişafında, eləcə də dövlət müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan, qurucusu Ulu öndərimiz olan Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan söhbət açıb.

Tədbirdəki çıxışlarda əminliklə bildirilib ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacaq, bütün məcburi köçkünlər Novruz bayramını öz doğma yurdlarında qeyd edəcəklər.

Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı sədrinin müavini Qərib Məmmədov da iştirak edib.

Yeni Azərbaycan.- 2016.- 18 mart.- S.8