Qazax rayonundaMultikultural dəyərlər və azərbaycançılıq” mövzusunda toplantı keçirilib

 

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Qazax rayonundaMultikultural dəyərlər və azərbaycançılıq” mövzusunda toplantı keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkili Pərvin Kərimzadə, eləcə də partiyanın Gəncə, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, QazaxAğstafa rayon təşkilatları Qadınlar Şurasının sədrləri və YAP Mərkəzi Aparatının məsul işçisi Rəfail Gülməmmədov iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Toplantını giriş sözü ilə açan YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının üzvü, Qazax rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova Azərbaycan xalqının daim multikultural dəyərlərə hörmətlə yanaşdığını, tolerantlığın ölkəmizdə həyat tərzinə çevrildiyini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilinMultikulturalizm ilielan olunmasını heç də təsadüfi saymayan G.Həsənova qeyd edib ki, bu gün dünyada baş verən bir sıra qarşıdurmaların əsasında məhz dözümsüzlük dayanır. Bu baxımdan, Azərbaycanda formalaşan tolerantlıq modeli bütün dünya xalqları üçün bir nümunədir.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva Azərbaycanda multikulturalizm ənənələrinin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Vurğulanıb ki, bu gün Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi şöhrət tapıb. N.Əliyeva ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin multikulturalizmin Azərbaycan modelinin dünyaya yayılmasında mühüm rol oynadığını deyib: “Azərbaycan artıq mədəniyyətlərin, sivilizasiyaların inteqrasiyası, eləcə də dialoq mərkəzi kimi tanınmaqdadır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ölkə konstitusiyası multikultural dəyərlərimizin qorunmasında, inkişafında sütun rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman Azərbaycanda dostluğun, birliyin hökm sürdüyünü vurğulayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada tolerantlıq ənənələrinin təbliği istiqamətində olduqca dəyərli işlər görülür. Bütün bunlar Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymətin bariz sübutudur”.

Sonra çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov belə mühüm mövzulara həsr olunan tədbirlərin cəbhə xəttində yerləşən Qazax rayonunda keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 14 may.- S.6