AMEA-da akademik Tofiq Hacıyevin 80 illik yubileyi qeyd olunacaq

 

Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Əməkdar elm xadimi, Türk Dil Tarix Qurumunun fəxri üzvü, akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunan elmi sessiyaya keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya türkologiya elminin inkişafında xidmətlərindən danışılacaq.

Sessiyada akademik T.Hacıyevin elmi fəaliyyətinə həsr olunanTofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri”, “Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim”, “Tofiq Hacıyev və “Kitabi-Dədə Qorqud”, “Görkəmli alimböyük müəllim” mövzularında məruzələr dinləniləcək.

Yeni  Azərbaycan.- 2016.- 17 may.- S.4