Prezident Kitabxanasında İrəvan xanlığının tarixi ilə bağlı yeni əsərlərin təqdimatı olub

Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis rus dillərində nəşr edilmiş, İrəvan xanlığının tarixinə dair dörd adda broşürün təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun, Prezident Kitabxanasının Azərbaycan Tarixçiləriİctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan xanlığı digər fundamental tədqiqatlar kimi bu əsərlər Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyiİrəvan xanlığının tarixinə dair dörd adda broşürün nəşr olunmasılayihəsi çərçivəsində ATİB tərəfindən nəşr edilib. Layihənin rəhbəri nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır. İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayıİrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidlərikitabçalarının müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalasıqəhrəmanlıq qalasıÇuxursəd hakimləri İrəvan xanlarıkitabçalarının müəllifi isə bu elm müəssisəsinin aparıcı elmi işçisi Güntəkin Nəcəflidir.

M.Əhmədov diqqətə çatdırıb ki, Prezident Kitabxanasında Azərbaycanın dövlətçilik tarixinə, dövlət rəmzlərinə, erməni vandalizminə, erməni cinayətlərinə, 20 Yanvar Xocalı faciələrinə dair elektron resursların hazırlanması zamanı ilk növbədə Tarix İnstitutunun əməkdaşlarının əsərlərindən istifadə edilib. Təqdim olunan broşürlərin diplomatik korpuslar Azərbaycan diasporunun təmsilçilərinin vasitəsilə xaricdə yayılması ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında erməni yalanlarının ifşa edilməsində mühüm rol oynayacaq.

Y.Mahmudov qeyd edib ki, müasir Ermənistanın ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Azərbaycan digər türk xalqlarının qəhrəmanlıq eposu sayılanKitabi-Dədə Qorquddastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionundaİrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar soyqırımları dövrü başlanıb. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycandakeçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb. Y.Mahmudov deyib: “Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerləriniyüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanlıqları yerlə-yeksan ediblər. Vandallar, ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər”.

Vurğulanıb ki, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləriadlı kitabçada Azərbaycan xalqına məxsus erməni vandalları tərəfindən dağıdılan nadir memarlıq abidələrininqədim İrəvan məscidlərinin acı taleyindən bəhs olunur. Əsərdə bildirilir ki, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin rəmzi kimi əks etdirilib. “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayıadlı kitabçada qeyd edilir ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara tədqiqatçılaraqədim erməni torpağında onunqədim paytaxtındayaşı 200 ildən yuxarı bircə dənə olsun tarixi abidə göstərə bilmirlər. Tarixçi-alim Güntəkin Nəcəflininİrəvan xanlığı: İrəvan qalasıqəhrəmanlıq qalasıadlı əsərində 400 ildən artıq tarixə malik, dəfələrlə yadelli yürüşlərinə sinə gərmiş, XIX əsrin birinci yarısında Azərbaycan xalqının çar Rusiyası işğalçılarına qarşı apardığı şanlı mübarizə mərkəzlərindən birininİrəvan qalasının qəhrəmancasına müdafiəsindən bəhs olunur. Bu kitabça İrəvan qalası müdafiəçilərinin əziz xatirəsinə həsr edilib. Çuxursəd hakimləri İrəvan xanlarıəsərində isə bildirilir ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistanın ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı. Azərbaycan dövləti olan İrəvan xanlığını yerli türk tayfalarınınQaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə ediblər.Tədbirdə çıxış edən Güntəkin Nəcəfli, Nazim Mustafa, Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, Milli Məclisin deputatı Fəzail İbrahimli başqaları İrəvan torpağının qədim Azərbaycana aid olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Təqdim olunan kitabçalar Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap edili

Yeni Azərbaycan.- 2016.- 25 noyabr.- S.5