Azərbaycanın regionlarında yeni yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır

 

Təkcə yola saldığımız 2015-ci ilin 11 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən 27146 nəfər işsizişaxtaran vətəndaş münasib işlə təmin edilib

Son 12 ildə müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri regionların intensiv sosial-iqtisadi inkişafı ilə bağlıdır. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrin tarazlı inkişafının təmin edilməsi, bu əsasda paytaxt və digər iri şəhərlərlə regionlar arasında fərqin aradan qaldırılmasına nail olunması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən iki Dövlət Proqramı uğurla yerinə yetirilib. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 60 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Bölgələrdə əhalinin məşğulluğu problemiuğurla həllini tapır

Son illərdə Azərbaycanın dünya üçün nümunə sayıla biləcək hərtərəfli inkişaf dinamikası əhalinin məşğulluq probleminin həllində də qabarıq şəkildə nəzərə çarpır. Qlobal miqyasda yaşanan böhran səbəbindən ayrı-ayrı ölkələrdə işsizliyin kəskinləşdiyi, eləcə də Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstəricinin MDB məkanında ən aşağı səviyyəyə - 4,9 faizə enməsinə nail olunub. Gənclərin məşğulluğu sahəsində də respublikamızda mühüm işlər görülübson 5 ildə ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8 faizdən 9,7 faizədək, 15-24 yaşda isə 14,9 faizdən 13,5 faizədək azalıb.

Ümumiyyətlə, son illərdə Azərbaycanda yaşanan dinamik iqtisadi tərəqqinin mühüm göstəricilərindən birimilli əmək bazarında stabilliyin təmin edilməsi və bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin baş verməsidir. Respublikamızda qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi məqsədilə aparılan islahatlar bu sahənin əmək bazarının inkişafında da önəmli faktor kimi çıxış etməsini şərtləndirib. Qeyd edək ki, hazırda muzdla işləyən əhalinin 94 faizə qədər məhz bu sektorda cəmləşib.

Ölkəmizdə regionların intensiv sosial-iqtisadi inkişafı fonunda diqqət mərkəzində saxlanılan ən vacib məsələlərdən biri də bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsidir. Yuxarıda vurğuladığımız kimi, uğurla reallaşdırılan Dövlət proqramları çərçivəsində respublikanın bölgələrində onlarca sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə 1,4 milyon yeni yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür.

Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir.

Fəal məşğulluq siyasəti regionlarda işsizlik probleminin həllində mühüm rol oynayır

Respublikamızda işsizlik probleminin həllində məqsədyönlü şəkildə həyata keçirilən fəal məşğulluq siyasəti mühüm rol oynayır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” təsdiqlənib, eyni zamanda, qeyd olunan Strategiyanın reallaşdırılmasını təmin etmək məqsədilə 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən Dövlət proqramları qəbul edilib. Ötən dövrdə Dövlət proqramlarına uyğun olaraq yeni yerlərinin yaradılması istiqamətində çoxsaylı tədbirlər reallaşdırılıb. Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən aparılan işlərin miqyası da kifayət qədər genişdir.

Təkcə yola saldığımız 2015-ci ilin 11 ayı ərzində nazirliyin məşğulluq orqanları tərəfindən 27146 nəfər işsizişaxtaran vətəndaş münasib işlə, 1600 nəfərə yaxın şəxs ödənişli ictimai işlərlə, əmək birjaları vasitəsilə 3774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün qeyd olunan dövrdə 3977 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faizya 404 nəfər çoxdur. Habelə 100 min nəfərə yaxın gəncə gələcək peşə və ixtisas seçimində köməklik üçün peşəyönümlü məsləhətlər verilib. Ümumiyyətlə, məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların sayı son on ildə 2,5 dəfədən çox artıb.

Sosial cəhətdən həssas qruplardan olan insanların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına açıq və bərabərhüquqlu çıxış imkanlarına malik olmasına şəraitin yaradılması daim diqqətdə saxlanılır. Bu sahədə işlərin davamı kimi, ötən ilin yanvar-oktyabr aylarında 743 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş kvota üzrə işlərlə təmin edilib ki, onlardan 240 nəfərini əlilliyi olan şəxslər, 159 nəfərini məcburi köçkünlər, 156 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, qalanlarını digər müvafiq kateqoriyalardan olanlar təşkil edib. Bu dövrdə 508 nəfər əlilliyi olan şəxs, 164 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək insaninternat məktəblərini bitirmək ərəfəsində olan, valideyn himayəsindən məhrum olmuş gənc əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Haqqında bəhs olunan Məşğulluq Strategiyasına və müvafiq Dövlət proqramlarına uyğun olaraq regionlarda aparılan işlərin miqyası daha böyükdür. Bunun nəticəsidir ki, ölkədə yaradılan yeni yerlərinin təxminən 80 faizi bölgələrin payına düşür. Regionlarda sahibkarlığın dəstəklənməsi, aqrar sektorun inkişafına hər cür kömək göstərilməsi, yeni infrastruktursosial layihələrinin həyata keçirilməsi əhalinin məşğulluq probleminin həllində mühüm rol oynayır.

Regionlarda əmək yarmarkalarının keçirilməsi ənənə halını alıb

Son illərdə Dövlət Məşğulluq Xidmətinin yerli icra hakimiyyəti orqanları ilə respublikanın müxtəlif şəhər və rayonlarında əmək yarmarkaları təşkil etməsi də ənənə halını alıb və bu da bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Əlamətdar haldır ki, aktiv məşğulluq tədbirləri çərçivəsində yerlərdə təşkil olunan əmək yarmarkalarında işəgötürənlər getdikcə daha fəal iştirak edirlər.

Artıq tarixə dönən 2015-ci ildə İsmayıllı rayonunda bir neçə əmək yarmarkası təşkil olunub. Bu yarmarkaların təşkilində əsas məqsəd rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan mövcud boş (vakant) yerlərini işaxtaranişsiz vətəndaşlara təqdim etmək, onların səmərəli məşğulluğuna nail olmaqdır. Rayonda ötən ilin iyulunda təşkil olunan əmək yarmarkasında işsizişaxtaran vətəndaşlara İsmayıllı rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektoruna aid 100-dən artıq müəssisə üzrə 420-dən çox boş yeri təqdim edilib. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş kvota üzrə yerləri də olub. Tədbir zamanı boş yerlərinə göndərişlər verilməklə yanaşı, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyən şəxslərin qeydiyyatı da aparılıb.

Ötən ilin noyabrında Gəncədə təşkil olunan əmək yarmarkasında axtaranlar üçün şəhərin 36 dövlət müəssisəsi tərəfindən 229, 20 özəl qurum tərəfindən isə 147 yeri təklif olunub. Onlardan 113-ü fəhlə, 125-i qulluqçu və 138-i isə xidmət sahələrini əhatə edib. Sənaye, nəqliyyat, tikinti, təhsil, səhiyyə və digər sahələri əhatə edən peşələr üzrə əməkhaqqı 143-717 manat arasında dəyişir. Təqdim olunan 10 yeri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulub. Gəncə məşğulluq mərkəzindən verilən məlumata görə, əmək yarmarkasına 1000 nəfərə yaxın işsizişaxtaran müraciət edib.

Yola saldığımız 2015-ci ildə Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 1104 nəfər işaxtaran vətəndaş müraciət edib. Mərkəzdən bildiriblər ki, müraciət edənlərin 466 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunub. Onların da 107-si qadın, 82-si gəncdir. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində, hotel, mağaza, restoranlarda işlə təmin ediliblər. Bundan əlavə, mərkəz 10 nəfəri haqqı ödənilən ictimai işlərə, 48 nəfəri peşə hazırlığı kurslarına cəlb edib, 95 nəfərə işsiz statusu verərək müavinət ödəyib. Mingəçevir Şəhər Əmək Birjası tərəfindən isə işsiz kimi qeydiyyatda olan 439 nəfər mövsümi xarakterli müvəqqəti işlə təmin edilib.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 6 yanvar.- S.- 8