Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının tarixi: 1990-2015-ci illər”

 

Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) öz 25 illik yubileyinə həsr olunmuşSimurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının tarixi: 1990-2015-ci illər” adlı kollektiv kulturoloji monoqrafiyanı çap edib.

KitabSimurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradılması və inkişafının çətin yolunu əks etdirən orijinal tarixi materiallardan ibarətdir. Bu, özünün işdən azad vaxtını və çoxillik əməyini təmənnasız olaraq yüksək ruhi mədəniyyət ideallarının həyata keçirilməsinə həsr edən Azərbaycan mədəniyyəti fədakarlarının fəaliyyət salnaməsidir. Eyni zamanda, Azərbaycanın milli-mədəni inkişafına xidmət, müasir sivilizasiyanın mütərəqqi və sülhsevər ölkələrindən biri imicini qazanmış doğma Vətənə xidmət yolunu seçmiş insanların yaradıcı tarixidir.

Elmi redaktorunun AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediyasının direktoru, elm sahəsində Dövlət mükafatı laureatı Tofiq Nağıyevin olduğu kitabda elm, təhsil və maarifin, demokratiya, təşkilat və idarəetmə mədəniyyətinin, fərdi və beynəlxalq münasibətlərin inkişafında, Azərbaycanın milli maraqlarına cavab verən sosial-mədəni siyasətin həyata keçirilməsində “Simurq” AMA-nın dövlətə vətəndaş yardımına yönəldilmiş geniş fəaliyyəti öz əksini tapıb. Burada müstəqil Azərbaycan Respublikasının mədəniyyət sahəsində ilk qeyri-hökumət təşkilatının tarixi təcrübəsini ümumiləşdirməyə, həyat fəlsəfəsini, ideolojipsixoloji istiqamətlərini, idarəçilik texnologiyalarını meydana çıxarmağa səy göstərilib. Kitabın müsbət elmi məziyyətlərindən biri - “Simurq” AMA-nın sənədlər və materiallar arxivində saxlanılan çoxsaylı mənbələrdən ilk dəfə olaraq istifadə olunmasıdır

Yeni Azərbaycan.- 2016.- 12 yanvar.- S.8