Xalçaçılıq sənətini yaşat təbliğ etadlı layihənin açılış mərasimi olub

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Xalça Muzeyinin birgə təşkilatçılığı iləXalçaçılıq sənətini yaşat təbliğ etadlı layihəyə start verilib.Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə YAP Gənclər Birliyinin əlaqələndiricisi Elmar Məmmədov çıxış edərək Azərbaycan xalq tətbiqi sənəti olan xalçaçılığın xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutduğunu tarixən böyük inkişaf yolu keçdiyini bildirib.Vurğulanıb ki, layihə ölkə başçısının imzaladığıAzərbaycan xalça sənətinin qorunması inkişaf etdirilməsihaqqında Sərəncama uyğun olaraq reallaşıb.Tədbirdə Xalça Muzeyinin YAP ilk ərazi təşkilatının sədri, layihənin əlaqələndiricisi Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib.Bildirilib ki, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlərboyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil olunub. Bir ay müddətinə nəzərdə tutulan tədris planı ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının mühazirələri dinləniləcək, xalçaçı-rəssamlar iştirakçılara əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucular isə xalçanın toxunması texnikalarını öyrədəcək.Sonra tədbirdə xalçanın yaranma tarixindən xalça sənətindən bəhs edən videoçarx nümayiş olunub.Sonda layihədə iştirak edən gənclərə sertifikat təqdim olunacaq.

Yeni Azərbaycan.- 2017.- 13 aprel.- S.7