Görkəmli bəstəkar Fikrət Əmirovun könül nəğmələri səsləndirilib

 

Aprelin 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərindən ibarət konsert keçirilib. Mədəniyyətkanalı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi çərçivəsində baş tutan konsertdə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib.

Konsertdə unudulmaz bəstəkarın musiqimizin inkişafında yeni mərhələ açan dünya musiqisinə əvəzsiz töhfələr verənGözün aydınmusiqili komediyasından rəqs, “Azərbaycan elləri”, “Mən səni araram”, “Sevdiyim yardır”, “Azərbaycansüitası, “Şeyx SənandramındanKor ərəbin mahnısı”, “Kürd ovşarısimfonik muğamından fraqment, “Seviloperasından Sevilin Balaşın ariyaları, “Böyük dayaqfilmindən Pərişanın mahnısı Min bir gecəbaletindən Şəhrizadın şənliyi əsərləri səsləndirilib.

Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər İnarə Babayeva, Lalə Məmmədova, Anar Şuşalı, Ehtiram Hüseynov, Elnur Əhmədov, Gülnaz İsmayılova, Almaz Orucova başqalarının ifasında səsləndirilən nəğmələr gecəyə xüsusi rəng qatıb.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 14 aprel.- S.6