Məşhur italyan rəssam Karavacconun əsərləri Heydər Əliyev Mərkəzində təqdim ediləcək

 

Dekabrın 13-də Heydər Əliyev MərkəzindəKaravacco - Opera Omniaadlı sərgi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim olunacaq.

Reproduksiyalar əsərlərin real ölçülərində yüksək keyfiyyətdədir.

Mikelancelo Merizi da Karavacco (1571-1610) XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerası Romada başlayıb. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq qaranlığın kəskin mükəmməl təzadını əks etdirib.

Karavacco - Opera Omniasərgisi isə Karavacco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur.

Sərgi İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2003-cü ildə təşkil olunub bir sıra ölkələrdə, sonuncu dəfə isə Gürcüstanda təqdim edilib.

Heydər Əliyev Mərkəzindəki sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.

Yeni Azərbaycan.- 2017.- 8 dekabr.- S.6.