Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb

 

Azərbaycanın görkəmli teatr kino aktyoru, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə “XVII Direklerarası Seyirci Ödülleriteatr mükafatına layiq görülüb.

C.Novruzova bu mükafat Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarətAh, bu evlilik...” tamaşasındakı rejissor işinə görə verilib. Mükafat Adanada keçirilən mərasimdə həmyerlimizə təqdim olunub.

Məlumat üçün bildirək ki, mükafatınHalk Jürisi”nin üzvləri 2016-2017-ci il teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Bu münasibətləYeni Azərbaycanqəzeti olaraq qardaş ölkədə yaşayıb-yaradan sənətkarla əlaqə saxladıq. O, qazandığı hər bir uğur mükafatın Azərbaycanın adına məxsus olduğunu deyib: “Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həmvətənlərimizin borcudur ki, birlik həmrəylik nümayiş etdirib Azərbaycana layiqli xidmət etsin, adımızı daim zirvələrə qaldırsın. Mən bacardığım qədər Azərbaycan mədəniyyətinin daha da inkişafı üçün əlimdən gələni edirəm bundan sonra da var qüvvəmlə çalışacağam”.

Məlumat üçün bildirək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov hazırda Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. Cahangir Novruzov ötən teatr mövsümündəTiyatro için Emek Ödülümükafatına layiq görülmüşdü. O, eyni zamanda, Adana Azərbaycan Mədəniyyət Həmrəylik Dərnəyinin sədr müavinidir.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 23 dekabr.- S.11.