Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib

 

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycanın gənclər birliklərinin nümayəndələri rəsmi qonaqları iştirak ediblər.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından qonaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə təbrik edib, təşkilatın 2017-ci ildə fəaliyyəti barədə məlumat verib.

Emin Hacıyev qeyd edib ki, başa çatmaqda olan il RAGB üçün uğurlu olub. Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr həyata keçirib, Rusiyanın bir çox ictimai birlikləri ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığı davam etdirib. E.Hacıyev Rusiyada yaşayan təhsil alan azərbaycanlı gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Rusiyadakı Azərbaycan icması adından çıxış edən akademik Fazil Qurbanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətlərindən danışıb, azərbaycanlı gənclərin Rusiya ictimaiyyətinə inteqrasiya etməsinin vacibliyini vurğulayıb.

Qeyd edib ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə birləşməsinə töhfə verir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum Azərbaycanın son illər qazandığı uğurlardan söz açıb, Rusiya ilə Azərbaycan arasında dostluq əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Moskvada keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edən bir qrup RAGB fəalına fəxri fərmanlar təqdim edilib.

Bayram tədbiri milli musiqi rəqslərdən ibarət konsert proqramı ilə davam edib.

Yeni Azərbaycan.- 2017.- 26 dekabr.- S.11.