Mübariz Qurbanlı: Azərbaycanda söz mətbuat azadlığı yüksək səviyyədədir

BakıdaSöz azadlığı dini icmalarmövzusunda konfrans keçirilib

Dekabrın 27-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası Bakı şəhərMəşədi Dadaşdini icması tərəfindənSöz azadlığı dini icmalarmövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakı şəhərMəşədi Dadaşdini icmasının üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Konfransda, həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri arasındaİslam həmrəyliyi mediamövzusunda keçirilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbiri açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mətbuatla ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasındakı əlaqələrin müzakirəsi, təkmilləşdirilməsi üçün təşkil edildiyini bildirib. Azərbaycanda nümunəvi dövlət-din modelinin mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin sədri bu nümunənin təbliğ təşviqinə ehtiyac olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanda söz mətbuat azadlığı yüksək səviyyədədir. Din mövzusu həssas mövzudur bu mövzuya müraciət edən jurnalist din haqqında, İslam dünyasında baş verən hadisələr barədə bilgiyə malik olmalıdır. Komitə sədri bu məqsədlə bu il ərzində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Mətbuat Şurası DQİDK tərəfindən jurnalistlər üçün müxtəlif seminarların keçirildiyini, bu seminarların 2018-ci ildə davam etdirilməsinin planlaşdırıldığını bildirib.

Ölkəmizdə elan olunmuşİslam Həmrəyliyi İliçərçivəsində bir çox əhəmiyyətli konfransların, seminarların təşkil edildiyini qeyd edən Mübariz Qurbanlı dünyada dialoqa, əməkdaşlığa, xüsusilə islamdaxili dialoqa, müzakirələrə ehtiyac olduğunu deyib. Bu çərçivədə “2017 - İslam həmrəyliyi ili: Dinlər mədəniyyətlərarası dialoqmövzusunda keçirilən konfransda Əlaqələndirmə üzrə Koordinasiya Şurasının yaradılmasının qərara alındığını bildirib. Şurada Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dünyanın müxtəlif ölkələrindən din xadimlərinin təmsil olunacağını qeyd edib. Bu çərçivədəMədəniyyətlər dinlərarası dialoqadlı bir prosesin əsasının qoyulacağını diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, regionda radikal dini fikirlərin yayılması hallarına rast gəlinir. Bu səbəbdən ölkəmizdə belə tədbirin keçirilməsi önəm daşıyır.

O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaxın gələcəkdə İƏT xarici işlər nazirlərinin toplantısında üzv ölkələrin jurnalistlərinin birliyinin yaradılması məsələsi öz təsdiqini tapmalıdır. İnanırıq ki, mətbuat nümayəndələrimiz bu prosesə öz töhfələrini verəcəklər.

Yeni Azərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, hər insanın sosial keyfiyyətinin formalaşmasında dinin mühüm rolu var. İnsanın bütün fəaliyyət sferasında özü ilə ən səmimi olduğu sahə dindir. Dini şüurun formalaşmasında dini institutların böyük rolu olduğunu qeyd edən Hikmət Babaoğlu dini mədəniyyətimizin milli mədəniyyətimizin tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, bu ardıcıllıq tarixi baxımdan doğrudur. Çünki dinlərlə tanış olmadan öncə biz millət kimi mövcud idik. Yeddinci əsrdən sonra Azərbaycanda hakim olan İslam dini bizim milli mədəniyyətimizin mənəviyyatımızın keyfiyyətini müəyyənləşdirən vasitələrdən biri olub.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı qeyd edib ki, QMİ uzun illər ərzində sovet, çar imperiyası rejimlərinin təzyiqlərinə baxmayaraq, özünün ictimai fəaliyyətində iki əsas həyat məfkurəsini qoruyub. Bu prinsiplərin birincisi Azərbaycan dövlətçiliyinə sədaqət prinsipidir. İkincisi isə millətlər dinlər arasında münasibətlərin sülhə barışa aparılmasıdır. QMİ müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin dəstəyi qayğısı sayəsində təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda aparıcı müsəlman dini qurumuna çevrilib. Bizim əldə etdiyimiz ən böyük nailiyyət din-dövlət münasibətlərinin davamlı inkişafıdır.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib ki, “İslam həmrəyliyi mediamövzusunda elan edilən məqalə müsabiqəsinə 26 yazı təqdim olunub. Yazıların əksəriyyətində İslamın yüksək humanist dəyərləri təqdim edilib. Yazılarda, həmçinin İslam dini icmalarının, QMİ-nin, Azərbaycanın din xadimlərinin fəaliyyətinə, din-dövlət münasibətləri modelinə yer verilib.

Məşədi Dadaşməscidinin imamı hacı Şahin Həsənli dünyada baş verən hadisələr, məzhəb, din zəminində qanlı münaqişələrin olduğu dönəmdə Azərbaycanda 2017-ci ilinİslam Həmrəyliyi İlielan edilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda tarixən mövcud olan dinlər məzhəblərarası münasibətlər modeli bu gün dünyanın diqqətini cəlb edir. Azərbaycanın bu sahədə təcrübəsi öyrənilir. Azərbaycanda dini sahədəki proseslər bir çox müsəlman ölkələrinin diqqət mərkəzindədir. Bu proseslərin işıqlandırılmasında mətbuatın rolu önəmlidir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut ƏliyevanınDin mediamövzusunda təqdimatı olub. Yaqut Əliyeva mətbuat azadlığının, vətəndaşların məlumat almaq yaymaq hüququnun hər bir demokratik dövlətin cəmiyyətin idarəetmədə baza prinsiplərini təşkil etdiyini bildirib. Qeyd edib ki, informasiya təhlükəsizliyi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin tərkib hissələrindən biri kimi cəmiyyətin dövlətin həyatının müxtəlif sahələrində milli maraqların müdafiəsini ön plana çəkir.

Sonra yazı müsabiqəsində qalib gələn jurnalistlərə mükafatlar təqdim edilib.

Yeni Azərbaycan.- 2017.- 28 dekabr.-S.6.