Ötən il görülən işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi açılıb

 

Regional inkişaf proqramlarının uğurlu icrası bölgələrin sosial-iqtisadi inkişafında vacib rol oynayır

Məlum olduğu kimi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkədə iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Bu baxımdan, ölkə regionlarının sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir.

Xatırladaq ki, yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən Prezident İlham Əliyev ötən dövr ərzində regionların sosial-iqtisadi inkişafında əldə olunan nəticələri müsbət qiymətləndirib. Dövlət başçısı həmçinin qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sözügedən müşavirədə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ölkədə davamlı inkişafın təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna əhəmiyyəti var. Onun sözlərinə görə, 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Onun sözlərinə görə, Dövlət proqramlarından irəli gələn vəzifələrin və ötənilki konfransda verilən tapşırıqların icrası üçün hesabat dövründə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, dövlət başçısının imzaladığı 67 sərəncamla 261 milyon manat vəsait ayrılıb. Hesabat ilində regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb. Ötən il bir elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin 8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 92 faizə çatıb.

Bununla yanaşı, regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb. Eləcə də meliorasiya və irriqasiya tədbirləri çərçivəsində keçən il 87 min hektar torpağın su təminatı yaxşılaşdırılıb, 12 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Bu il dövlət investisiya xərcləri və Dövlət Neft Fondunun vəsaitləri ilə icra olunacaq layihələr hesabına 154 min hektardan çox əraziyə suvarma suyu çatdırılacaq. Texniki iqtisadi əsaslandırılması hazırlanan Yuxarı Şirvan Kanalının yenidən qurulması layihəsi 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə cəlb olunmasını mümkün edəcək.

Konfransda məlumat verilib ki, gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində də bütün sosial layihələr tam həcmdə icra olunub. Belə ki, regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Bu il regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100-dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq. Həmçinin minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi və digər tədbirlər vətəndaşlara göstərilən qayğının ən bariz göstəriciləridir. Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondu tərəfindən görülən işlər həm də regionlarda yaşayan əhalinin rifahının artmasına əhəmiyyətli töhfəsini verir. Ümumilikdə, görülən işlər nəticəsində ötən il 148 mini daimi olmaqla, 190 minə yaxın yeni yeri açılıb.

Qeyd edək ki, bu gün sərt pul siyasətinin aparıldığı şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyəti daha da artır. Hazırda bu istiqamətdə regionlarda həyata keçirilən tədbirlər uğurlu nəticələri ilə yadda qalır. Dövlət başçısının müvafiq fərmanlarına əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.

Təbii ki, regionların inkişafında qeyri-neft sənayesinin də mühüm rolu var və bu sektorun istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dördəssisə bu il, üçəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni yerinin açılması nəzərdə tutulur. Ötən il Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsaləssisələri fəaliyyətə başlayacaq. Bununla yanaşı, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.

Füzuli rayonunda 2016-cı ildə “Azərxalça” ASC-nin xalçaəssisəsi fəaliyyətə başlayıb, 9 rayonda isəəssisələrin tikintisi bu il başa çatdırılacaq, 1600 yeni yeri yaradılacaq. Eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır. Bütövlükdə, görülən işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb.

Onu da vurğulayaq ki, hazırda dinamik inkişaf edən sahələrdən biri aqrar sektordur və bu sektorda intensiv metodlar əsasında istehsalın genişləndirilməsi tədbirləri davam etdirilir. Son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb. Təkcə ötən il Şəmkir və Yalamada aqroparkların yaradılması işləri davam etdirilib. Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb, payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir aqroparkında isə birinci mərhələ üzrə işlər davam etdirilir. Hazırda 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması təşviq olunur.

Bütövlükdə, son illər görülmüş işlər nəticəsində əsas ərzaq və qeyri-ərzaq məhsullarının 60 faizindən çoxu üzrə özünütəminetmə səviyyəsi 100 faizədək və ya yuxarı olub, digərləri üzrə istehsal artıb. Sənaye parklarında və zonalarında müasirəssisələrin, eləcə də aqroparkların, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının yaradılması nəticəsində isə növbəti illərdə idxaldan asılılıq daha da azalacaq, özünütəminetmə səviyyəsi və ixrac potensialı artacaq.

Sözügedən konfransda regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlərin də davam etdirildiyi vurğulanıb. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum keçirilib. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 3 fevral.- S.7