Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü

 

Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda iləəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək

Azərbaycanın dərinməzmunlu sosial siyasəti Ermənistanın işğalı nəticəsində doğma ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə münasibətdə özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimiəyyən edib. Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlamış, bu məsələlərə qayğı ilə yanaşmış və onların həlli ilə bağlı zəruri tədbirlər görmüşdür.

Ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısı davamlı xarakter daşıyır

Son 13 ildə Prezident İlham Əliyev tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası, o cümlədən də bu qəbildən olan soydaşlarımızın mənzil-məət şəraitlərinin yaxşılaşdırılması istiqamətində böyük həcmi yerinə yetirilib. Belə ki, bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın genişməzmunlu sosial siyasətinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin bu və ya digər ehtiyaclarının ödənilməsinə maksimum diqqət göstərilməsi davamlı xarakter daşıyır. 2016-cı ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir sosial infrastrukturun yaradılması da təqdirəlayiq haldır. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.

Cari ilin əvvəlindən isə ölkəmizdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni mühüm addım atılıb. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il yanvarın 23-də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzalanan Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi bu qəbildən olan soydaşlarımızın sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə yeni hüquqi əsaslar yaradır.

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni mühüm addım atılıb

Ölkəmizdə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni mühüm addım atılıb. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına dəyişikliklər edilməsi barədə dövlət başçısının fevralın 14-də imzaladığı Fərman məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda iləəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq.

Həmin kontingent 01.02.2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq. Dəyişikliyə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq.

Eyni zamanda, Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyən edəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün cənab Prezidentə təqdim edəcək.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.-15 fevral.- S.9