Azərbaycan multikulturalizmifənni Almaniyanın nüfuzlu ali təhsil ocağında tədris olunur

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmifənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda layihə çərçivəsində respublikamızın 38, dünyanın 15 aparıcı universitetindəAzərbaycan multikulturalizmifənni tədris edilir.

Bildirilib ki, yaxınlarda bu sıraya daha bir universitet əlavə olunub. Belə ki, hazırda Almaniyanın nüfuzlu Vürtsburq Universitetində mütəxəssis Samirə Adışova tərəfindənAzərbaycan multikulturalizmifənninin tədrisi həyata keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində almaniyalı tələbələrə ölkəmizdəki multikultural tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə, fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilir. Kurs iyulun sonunda yekunlaşacaq.

Qeyd edək ki, keçən semestr Almaniyanın Auqsburq Universitetində Azərbaycan multikulturalizmifənninin tədrisi həyata keçirilib.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya təşəbbüsü iləMultikulturalizmə girişAzərbaycan multikulturalizmifənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb. Hazırda isə bu say 15-ə çatıb.

Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, bu günlərdə işıq üzü görənAzərbaycan multikulturalizmidərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksələcəyinə inam yaradır. İndi dünyanın nüfuzlu ölkələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərəkAzərbaycan multikulturalizmifənninin özlərinin aparıcı ali təhsil müəssisələrində tədrisi məqsədilə təkliflərini irəli sürürlər, bununla yaxından maraqlanırlar.

Prezident İlham ƏliyevinAzərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaqtəşəbbüsünün öz real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə xaricdəAzərbaycan multikulturalizmifənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.lar.

Yeni Azərbycan.- 2017.- 7 iyul.- S.7.