Regionlarda şəhər və rayonlarla yanaşı kəndlərin də qazlaşdırılması uğurla davam etdirilir

 

Dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur layihələri regionların inkişafında mühüm rol oynayır

Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar və bütövlükdə uğurlu milli inkişaf siyasəti regionların sosial-iqtisadi inkişafını da təmin edib. Daha dəqiq desək, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimiəyyənləşdirilib və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər görülür, müvafiq Dövlət proqramları uğurla reallaşdırılır. Regionların sosial-iqtisadi inkişafından söz açarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu kontekstdə Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Daha doğrusu, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi nəinki iri şəhər və rayonlarda, hətta kənd və qəsəbələrdə də infrastruktur layihələrinin uğurla reallaşdırılmasını təmin edib. Məhz bu proqramlar çərçivəsində həyata keçirilən tədbirlərin qanunauyğun nəticəsidir ki, hazırda bölgələrin infrastruktur təminatı 13 il bundan öncəki durumla müqayisədə kəskin şəkildə fərqlənir. Bu isə insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır. Heç şübhəsiz, regionların infrastruktur təminatından bəhs edərkən bölgələrin qazlaşdırılması ilə bağlı həyata keçirilən layihələri xüsusilə qeyd etmək lazımdır.

Məlumat üçün bildirək ki, ölkəmizdə regionlar üzrə qazlaşdırma səviyyəsi 92 faizə çatıb və bölgələrdə qazlaşdırma prosesi bu gün də uğurla davam etdirilməkdədir. Yeri gəlmişkən, müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində nəinki şəhər və rayonlar, hətta kəndlərdə də qazlaşdırma prosesi uğurla davam etdirilir. Məhz bunun nəticəsində hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər beləmavi yanacaqla təmin olunurlar. Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Elə bu ilin arxada qalan ayları ərzində ayrı-ayrı rayonlarda həyata keçirilən işlər də deyilənləri təsdiqləyir.

Buna misal olaraq qeyd edək ki, Sabirabad rayonunun qəsəbə və kəndlərinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur. Verilən məlumata görə, indiyədək rayonun 74 yaşayış məntəqəsindən 57-si qazlaşdırılıb. Novruz bayramı ərəfəsində isə onların sırasına 316 abonenti olan Qasımbəyli kəndi də əlavə olunub. Məlumat üçün bildirək ki, sözügedən kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 636 metr olan polietilen və 28 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 316 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qasımbəyli kəndinə təbii qazın verilməsi münasibətilə təşkil olunan mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən layihələrin rayonda da uğurla reallaşdırıldığını vurğulayıblar. Bildirilib ki, ötən il rayonun 8 kəndinəmavi yanacaqverilib. Hazırda 2 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi davam etdirilir və işlər yekunlaşmaq üzrədir. Bu ilin sonuna kimi rayonun qalan 14 yaşayış məntəqəsinin də qazlaşdırılması nəzərdə tutulub. Mərasimdə çıxış edən kənd sakinləri Novruz bayramı ərəfəsində təbii qazın verilməsinin onlar üçün böyük hədiyyə olduğunu söyləyib və göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Yeri gəlmişkən, bayram ərəfəsində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonunun daha 3 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində də işlər görülür. Yaxın vaxtlarda rayonun Çaxırlı, Çərəkə və Ləkçiplaq kəndlərinə də təbii qazın verilməsi təmin olunacaq. Son bir ildə Göyçayın 15 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilib. Hazırda rayon mərkəzində və 44 kənddə əhali mavi yanacaqdan istifadə edir. Rayon üzrə qazlaşdırma faizi 80,4-ə, ümumi abonentlərin sayı isə 21 min 883-ə çatdırılıb.

Eyni zamanda, İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində də işlər davam etdirilir. İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 36-sı qazlaşdırılıb. Martın 7-də İmişli rayonunun Məzrəli və Çaxırlı kəndlərinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə 1052 abonenti olan həmin kəndlərin qazlaşdırılması üçün birpilləli sistem üzrə ümumi 3 min 530 metr uzunluğunda polietilen və 62 min 568 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici qoyulub.

Martın 17-də isə qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Qaravəlli və Mirili kəndləri də əlavə olunub. Ümumilikdə 372 abonenti olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 4 min 835 metr polietilen və 37 min 254 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə Qaravəlli kəndində 173, Mirili kəndində isə 199 məət sayğacı qoyulub və fərdi tənzimləyici quraşdırılıb. Kəndlərə təbii qazın verilməsi münasibətilə Mirili kəndində keçirilən mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib. Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Qaravəlli və Mirili kəndləri də daxil olmaqla, hazırda rayonun 36 kənd və qəsəbəsindəmavi yanacaqdan istifadə olunur və daha bir kənddə bu istiqamətdə işlər davam etdirilir.

Goranboy rayonunun Səmədabad kəndinə də ilk dəfə təbii qaz verilib. 218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 809 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 21 min 21 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 218 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Goranboy rayonunun daha 4 kəndində - Sarov, Yəhərçi Qazaxlar, Yolpaq və Goranlı kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Bununla yanaşı, Şəki rayonunun daha 4 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda rayonun Şəkikənd, Kiçik Dəhnə, Baş Göynük və Baş Layısqı kəndlərinə də təbii qazın verilməsi təmin olunacaq. Qeyd edək ki, 2016-cı il ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəki rayonunun 12 yaşayış məntəqəsi qazlaşdırılıb və həmin kəndlərdə 7565 mənzil təbii qazla təmin edilib. Hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi “mavi yanacaqdan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 80 faizə yaxındır.

Novruz bayramı ərəfəsində həmçinin təbii qazla təmin olunanlar sırasında Masallı rayonunun kəndləri də var. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, Masallı rayonunun İkinci Yeddioymaq və Qasımlı kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilən açılış mərasimlərində rayon rəhbərliyi, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

275 abonenti olan İkinci Yeddioymaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 min 131 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri, 490 abonenti olan Qasımlı kəndinin ilk dəfə qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 29 min 896 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Açılış mərasimlərində çıxış edənlər hər iki kəndin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər. Qeyd olunub ki, hazırda Masallı rayonunun daha 4 kəndində - Şıxlar, Bala Təklə, Qodman və Xanalion kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə bu yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Hər iki kəndin sakinləri Novruz bayramı ərəfəsində belə gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Beləliklə, görünən odur ki, Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı istiqamətindəəyyənləşdirilmiş prioritetlər çərçivəsində qarşıya qoyulmuş vəzifələrin icrası bu istiqamətdə davamlı tərəqqinin əldə olunmasına zəmin yaradır. Yuxarıda sadalananlar da onu deməyə əsas verir ki, həyata keçirilən tədbirlər regionların sosial-iqtisadi inkişafının intensiv xarakter almasını təmin etməklə yanaşı, infrastruktur təminatını da yaxşılaşdırıb.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2017.- 28 mart.- S.-5