Xalça MuzeyindəLaçın, səndə nələr qaldı...” adlı tədbir keçiriləcək

Mayın 16-da Azərbaycan Xalça Muzeyində muzeyin Şuşa filialının təşkilatçılığı ilə Laçının işğalının 25-ci ildönümünə həsr olunmuşLaçın, səndə nələr qaldı...” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, Laçın ziyalılarının örnək dolu yolunu yeni nəslə çatdırmaq, həmçinin qədim sənət nümunələrimizin öyrənilməsi qorunmasını aşılamaq, eyni zamanda, qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi mədəni abidələrimizə vurulan ziyan onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.

Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova başqaları Laçının tarixi keçmişi,mədəniyyəti, incəsənəti, maarif elm xadimləri haqqında öz dəyərli fikirlərini bölüşəcəklər.

Bədii proqramla davam edəcək tədbirin sonundaLaçına virtualsəyahət adlı videoçarx nümayiş olunacaq.

Müşfiqə Bayramlı

Yeni Azərbaycan.- 2017.- 18 may.- S.6