Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu keçirilib

 

Sentyabrın 9-da Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin ilk uçuş şousu və sərgisi keçirilib. Heydər Əliyev Mərkəzindən APA-ya verilən xəbərə görə, tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

 Şou- sərgidə bir sıra beynəlxalq yarışlarda festivallarda nümayiş etdirilmiş 30-dan çox aviamodel olub. 21 aviamodel sərgidə nümayiş etdirilib. 10 kodlu radioidarəolunan tipli aviamodel isə Mərkəzin parkında səma üzərində müxtəlif manevrlər edərək şou göstərib.  

Tamaşaçılara uçuşların trayektoriyası   hər bir model haqqında məlumat verilib. İzləyicilər hər bir çıxışı maraq alqışlarla qarşılayıblar.

 Eyni zamanda peşəkar pilot, konstruktor Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması idarə edilməsi qaydaları barədə praktiki təlim keçib.

 Tədbirin məqsədi uşaq yeniyetmələrin  asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə pilotsuz uçuş aparatlarının praktiki layihələndirməsi.

Yeni Azərbaycan.- 2017.- 12 sentyabr.- S.7.