ElçininŞekspirpyesinin İtaliyada yeni tamaşası

 

Xalq yazıçısı Elçinin pyesləri xarici ölkə teatrlarının diqqət mərkəzindədir. Bu pyeslər ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İtaliya, Koreya Respublikası, Ukrayna, Gürcüstan digər ölkələrin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulub, tamaşaçıların da, sənətşünasların da yüksək qiymətini alıb. Yazıçının məşhurŞekspirtragikomediyasının da səhnə taleyi çox uğurlu olub. İlk dəfə Bakıda tamaşaya qoyulmuş bu pyes bir çox dillərə tərcümə edilib, Nyu-York, London, İstanbul, Moskva, Sankt-Peterburq başqa böyük şəhərlərin teatrlarında səhnələşdirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Aurum-Larqo Qardone Riverada teatrı avqustun 23-dən etibarənŞekspirpyesi əsasında hazırlanmış tamaşanı sənətsevərlərə təqdim edir. Pyes yüksək zövqlə hazırlanmış buklet afişalardatəkrarolunmaz, müqayisə edilməz, qeyri-adi, mükəmmələsər kimi qiymətləndirilir. Pyesi ingilis dilindən italyancaya Marqerita Kristiani tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Patrizia Di Filviani, bəstəkarı Gulio Skokkiadır. Əsas rolları İtaliyanın tanınmış aktyorları Q.Silveri, D.Jiglia, A.Petrone, A.Talotti başqaları ifa edir. Bütün tamaşalar anşlaqla keçir.

Yeni Azərbaycan.- 2017.- 20 sentyabr.- S.7.