Ali məktəblər üçün nəzərdə tutulanAzərbaycan multikulturalizmikitabının təqdimatı olub

Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulanAzərbaycan multikulturalizmidərsliyinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ali təhsil oca

qlarında tədris ediləcəkAzərbaycan multikulturalizmikitabı AMEA-nın həqiqi üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun elmi redaktoluğu ilə hazırlanıb. Kitab giriş, 3 bölmə 7 fəsildən ibarətdir. Dərslik Azərbaycan universitetləri eyni zamanda, xarici ölkə universitetlərindəAzərbaycan multikulturalizmifənnini öyrənən tələbələr, magistrlər doktrantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Mərasimdə Kamal Abdulla Etibar Nəcəfov çıxış edərəkAzərbaycan muktikulturalizmifənninin artıq Azərbaycanın xarici ölkələrin onlarla universitetlərində tədrisinin bütün dünyaya nümunə olmasından danışıblar. Qeyd edilib ki, fənnin uğurlar tədris olunmasının əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. Bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan RespublikasındaMultikulturalizm ilielan edilməsinə dair Tədbirlər PlanındaAzərbaycan multikulturalizmidərsliyinin hazırlanıb nəşr etdirilməsi vəzifəsini qoyub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi iləAzərbaycan multikulturalizmidərsliyini hazırlayıb. Bu dərslik Azərbaycan multikulturalizm modelinin sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir. Üç bölmədən olan dərslikdə Azərbaycan multikulturalizm modelinin bütün əsas cəhətləri, o cümlədən, onun formalaşmasının obyektiv subyektiv səbəbləri, tarixi təkamülü, ədəbi-bədii, elmi-fəlsəfi, publisistik, siyasi hüquqi qaynaqları, ictimai şüurun müxtəlif formalarında inikası, Azərbaycanın daxili xarici siyasətində təzahürləri təhlil edilir.

Yeni Azərbaycan.- 2017.-23 sentyabr.- S.7.