AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, 1-ci dərəcəliƏməkordenli Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın yaradıcılığını yüksək qiymətləndirib, xüsusilə müstəqillik dövründə dekorativ sənətin inkişafında əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.Tahir Salahovun yaratdığı dəyərli sənət nümunələrindən, yaradıcılıq üslubundan söz açan akademik qeyd edib ki, görkəmli rəssamın əsərləri mövzu janr zənginliyi, bədii forma əlvanlığı ilə seçilir. Böyük sənətkarın yaradıcılığı dünya mədəni irsində öz layiqli yerini tutub. Özünəməxsus yaradıcılıq üslubu olan Tahir Salahovun əsərləri dünyanın bir çox muzey qalereyalarının salonlarını bəzəyir.Sonra Xalq rəssamı Ağəli İbrahimov dünya şöhrətli fırça ustasının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb, yubilyara yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.Tədbirdə Memarlıq İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ertegin SalamzadəSənətçinin əsərlərində Roman mədəniyyətinin təzahürümövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Tahir Salahovun yaradıcılığında İtaliya, Fransa, İspaniya, Meksika digər Roman ölkələrinin mədəniyyəti xüsusi yer tutur.Sonra institutun əməkdaşları dosent Xəzər Zeynalov sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzə rəssamın yaradıcılığının xarakterik xüsusiyyətlərindən onun qiymətli, qlobal əhəmiyyətli bədii irsindən bəhs ediblər.

Sonda Tahir Salahov tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir AMEA-nın Humanitar Elmlər Bölməsinin Memarlıq İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Yeni Azərbaycan.- 2018.- 7 dekabr.- S.7.