Parisdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib

 

Ölkəmizin Fransadakı səfirliyi UNESCO yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ümummilli lider Heydər Əliyevin ölkəmizin iqtisadiyyatının, sosial həyatının mədəniyyətinin inkişafında atdığı qətiyyətli addımlardan söz açıb. O, Ulu öndərin ölkəmizin müstəqilliyi uğrunda fəaliyyətə hələ ötən əsrin 70-80-ci illərindən başladığını diqqətə çatdırıb. Hələ sovet dövründə milli sənayemizin, elmimizin mədəniyyətimizin təməlini qoyduğunu qeyd edib.

R.Mustafayev bildirib ki, əgər 1980-ci illərin sonunda Heydər Əliyev hakimiyyətdə olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi olmazdı. 1987-ci ildə M.Qorbaçovun Heydər Əliyevə qarşı tutduğu qərəzli mövqedən sonra erməni separatçıları Ermənistanın Azərbaycana qarşı təcavüzü baş qaldırıb.

Diqqətə çatdırılıb ki, ölkəmizin sosial böhrandan iflic vəziyyətə düşdüyü, xaos, vətəndaş müharibəsi ilə üzləşdiyi, xarici təcavüzə məruz qaldığı 1993-1994-cü illərdə Heydər Əliyev şəxsiyyətinin, eləcə siyasi görüşlərinin böyüklüyü aydın şəkildə özünü göstərib. O, ölkəmizi belə çətin bir vəziyyətdən çıxarmağa nail olub. Bu gün iqtisadi sosial böhranlarla üzləşən bəzi böyük dövlətlər Ulu öndərin böhranların idarə edilməsi sahəsindəki təcrübəsindən bəhrələnməlidir.

Diplomat qeyd edib ki, məhz həmin çətin illərdə Ümummilli lider müasir Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirməyə, iqtisadi inkişafa, mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin sabitliyinin bərpasına nail olub. Fəal xarici siyasəti sayəsində Heydər Əliyev Azərbaycanı nüfuzlu regional aktora Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirib. Ölkəmizdə dərin böhranın yaşandığı 1993-1994-cü illərdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlət ideologiyasının təməlini qoyub. Həmçinin ölkəmiz dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurub.

Anım mərasimində səfir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Sabir Hacıyev, əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein, Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, səfirliyimizin daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan təhsil alan azərbaycanlılar iştirak ediblər.

Sonra Fransanın Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun Vəkilov (piano) Ağarəhim Quliyev (fleytaçı) klassik musiqilər ifa ediblər. Gənc musiqiçilərin ifasında Ümummilli liderin çox sevdiyi УKüçələrə su səpmişəmФ xalq mahnısı da səslənib.

 

Yeni Azərbaycan.- 2018.- 14 dekabr.- S.4.