Mixail Şvıdkoy: Prezident İlham Əliyevin uğurları Azərbaycanın uğurları deməkdir

Düşünürəm ki, bu gün Rusiyadakı bir çox evlərdə Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə Onun şərəfinə badələr qaldırılır ünvanına xoş sözlər söylənilir. Mən həm Azərbaycanda, həm Rusiyada deyilən deyiləcək xoş sözlərə qoşuluram. Azərbaycan xalqına sülh əmin-amanlıq, respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında sizin ölkənizə sülh tərəqqi, şəxsən Onun özünə isə bütün işlərində uğurlar arzulamaq istəyirəm. Çünki Prezidentin uğurları Azərbaycanın onun xalqının uğurları deməkdir”.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy söyləyib.

M.Şvıdkoy qeyd edib ki, Prezident İlham Əliyevin ad günü təkcə Azərbaycan xalqının deyil, rusiyalıların da bayramıdır. “Təkcə ona görə yox ki, bu gün Rusiyada Azərbaycan Prezidentinin ad gününü qeyd edən böyük Azərbaycan diasporu var. Düşünürəm ki, İlham Heydər oğlunun Azərbaycanın rəhbəri kimi rolu olduqca əhəmiyyətlidir dünyanın ən müxtəlif ölkələrində hörmətlə qarşılanır. Biz hamımız tanınmış lider Heydər Əliyevin qeyri-adi dərəcədə mühüm missiyasını yüksək qiymətləndirir xatırlayırıq. Millətinin dünyaşöhrətli lideri Heydər Əliyev Azərbaycanı məhv olmaqdan ən ağır vətəndaş müharibəsindən xilas etdi. O, ölkəni böhrandan milli fəlakətdən çıxardı”, - deyə o əlavə edib.

Rusiyalı mədəniyyət xadimi vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada sabitlik daha da möhkəmlənib, ölkə dinamik şəkildə inkişaf edir. “Bu, çox vacibdir, çünki Azərbaycanda fəal həyata qədəm qoyan yeni nəsil yetişir gələcəyi anlamaq bu gənclik üçün mühümdür. Bu mənada, İlham Heydər oğlu Azərbaycan xalqı üçün məhz bu cür gələcəyə baxış formalaşdırıb. Azərbaycan qüdrətli, çiçəklənən müasir dövlətə çevrilib”, - deyə M.Şvıdkoy vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyaya açılıb bir çox beynəlxalq tədbirlərin, o cümlədən müxtəlif ölkələrin nümayəndələrinin, bütün fəaliyyət sahələrini - siyasət, iqtisadiyyat, elm, mədəniyyəti təmsil edən insanların axışdığı Bakı Beynəlxalq Humanitar Forumunun cazibə mərkəzinə çevrilib.

M.Şvıdkoy Rusiya Azərbaycan arasında ikitərəfli dost tərəfdaş münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. “Bizlər - rusiyalılar üçün müasir Azərbaycanın Rusiyaya dost ölkə tərəfdaş olması mühümdür. Prezidentlər Vladimir Putin İlham Əliyevin dostluq münasibətləri dövlətlərimiz arasında mövcud olan əlaqələrin yüksək keyfiyyətini təmin edir”, - deyə M.Şvıdkoy sözlərinə yekun vurub.

Yeni Azərbaycan.- 2018.- 25 dekabr.- S.10