Hüseyn Cavidin əsərləri ədəbiyyat tariximizə əbədi olaraq həkk olunub

 Hüseyn Cavid-135” şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Böyük Azərbaycan şairi dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətiləKaspitəhsil şirkəti, “Kaspi”qəzeti, artkaspi.az mədəniyyət ədəbiyyat portalının birgə təşkil etdikləriHüseyn Cavid - 135” şeir müsabiqəsinin mükafatlandırma müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdəKaspiqəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media kapitanları, şairlər digərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavid haqqında məlumat verib. O bildirib ki, Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir. Görkəmli şairin Naxçıvanın Şahtaxtı kəndində anadan olduğunu deyən Ə. Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət Təbrizdə mədrəsədə, daha sonra isə İstanbulda təhsil alıb: “Təhsil aldıqdan sonra böyük şair Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olub. Lakin o dövrün amansız sürgün həyatı ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib”.

Ə.Amaşov söyləyib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan sənətkardır: “Hüseyn Cavid elə sənətkardır ki, onun əsərləri ədəbiyyat tariximizə əbədi olaraq həkk olunub”.

Daha sonra tədbirdə Hüseyn Cavidin həyat fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin davamında çıxış edənKaspiqəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır. Onun sözlərinə görə, sənətkarına böyük qiymət verə biləcək xalqın nümayəndəsi olmaq xoşbəxtlikdir: “Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şahtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını digər prinsipləri öyrənməli idi”.

S.Vəliyeva bildirib ki, Hüseyn Cavidin istər bədii, istər publisistik, istərsə nəsrlə yazdığı əsərlərdə məfkürə hakimliyi var: “O yazıbsa, orada iki xətt var. Biri tanrıya, biri milli məfkürəyə bağlılıq”.

Kaspiqəzetinin təsisçisi qeyd edib ki, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil: “Böyük dramaturq Allahına, tanrısına bağlı idi. Onun böyüklüyü onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkürəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.

Ümummilli liderin görkəmli şairin məzarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, Ulu öndər ailəni böyük məqbərə altına topladı: “Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir”.

Müsabiqə haqqında məlumat verənKaspiqəzetinin təsisçisi vurğulayıb ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib: “Qaliblərin müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub.

Bildiyiniz kimi Cavidin əsas pinsipi ədalət idi ki, qaliblərin seçilməsində bu prinsipə əməl olunub. Qaliblər üçün diplom pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz davamlı olacaq”.

Müsabiqənin münsiflər heyətinin üzvü, şair Sabir Rüstəmxanlı bildirib ki, Cavidin Azərbaycana qayıdışı tarixi bayram idi.

Tədbirdə çıxış edən digər natiqlər bu cür müsabiqələrin keçirilməsinin mühüm əhəmiyyətli olduğunu dilə gətiriblər. Sonda qaliblər mükafatlandırılıb.

Yeni Azərbaycan.- 2018.- 3 fevral.- S.4.