Akademik Tofiq HacıyevinSeçilmiş əsərləri”nin üçüncü cildi nəşr olunub

 

Bu gün görkəmli dilçi alim, akademik Tofiq Hacıyevin vəfatından 3 il keçir.

AZƏRTAC xəbər verir ki, bu ərəfədə Azərbaycan Milli Elmlər Akademiyası Tofiq HacıyevinSeçilmiş əsərləri”nin növbəti 3-cü cildini nəşr etdirib. Kitab alimin gənc yaşlarında yazdığı ilk irihəcmli araşdırması olanAzərbaycan dilinin Cəbrayıl şivəsiəsərindən ibarətdir. Kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru Məhərrəm Məmmədlidir.

Yalnız mütəxəssislər üçün deyil, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsər nəfis tərtibatdaCəbrayıl şivəsiadı ilə müstəqil kitab şəklində nəşr olunub. Yaxın günlərdə kitabın təqdimatı nəzərdə tutulur.

KitabaÖn söz”ü akademik Nizami Cəfərov yazıb. Onun dediyi kimi, “akademik Tofiq Hacıyevin vəfatından keçən bir neçə il böyük şəxsiyyətin fiziki yoxluğunu qədər dərindən hiss etdirdisə, mənəvi varlığının əbədiliyini o qədər miqyası ilə təsdiq eləmiş oldu”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov isə görkəmli türkoloq alimi minnətdarlıqla xatırlayır: “Tofiq Hacıyev şəxsiyyəti Vətən məhəbbətindən, dil sevgisindən yoğrulmuşdu. Təsadüfi deyildir ki, 200 ilə yaxın tarixin arxivində qalmış heç bir dilçinin cəsarət etmədiyi Azərbaycan dilçiliyinin ümumilikdə türkologiyanın şah əsəri - Mirzə Kazım bəyinTürk-tatar dilinin ümumi qrammatikası” (Azərbaycan dilinin ilk elmi qrammatikası) da məhz böyük ustad Tofiq Hacıyevin təşəbbüsü ilə gerçəkləşdi”.

Yeni Azərbaycan.-2018.- 28 noyabr.- S.6.