İsmayıllı rayonundaTəhsil bayramıkeçirilib

 

İsmayıllı rayonunda ənənəviTəhsil bayramıkeçirilib. Tədbirdə rayonun təhsil sektorunun nümayəndələri, müəllimlər, şagirdlər, builki məzunlar rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, bu il rayonun tam orta məktəblərinin məzunlarının 360 nəfəri ali məktəblərə qəbul olunub. Eləcə rayonun 6 saylı tam orta məktəbinin məzunu Vasif Əsədov imtahanlarda 700, məzunlardan 37 nəfəri 600-dən çox, 49 nəfər 500-600 arası bal toplayıb.

Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin avqustunda İsmayıllı rayonuna etdiyi səfərlə bağlı danışıb. M.Sadıqov ölkə başçısının 400 yerlik Lahıc qəsəbə tam orta məktəbinin açılışında iştirakını İsmayıllı rayonuna göstərilən diqqət qayğının növbəti təzahürü adlandırıb Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan təhsil siyasətinin uğurlarından danışıb. Daha sonra Mirdaməd Sadıqov ali məktəblərə qəbul olunan məzunları təbrik edib, 700 bal toplayan V.Əsədova, o cümlədən bu il orta məktəbləri qızıl gümüş medallarla bitirən məzunlara digərlərinə xüsusi hədiyyələr təqdim edib. Bununla yanaşı, İcra Hakimiyyəti başçısı məcburi köçkünlər yaşayan qəsəbədəki 30 saylı Ağdam tam orta məktəbinin direktoru Zahid Namazovu imtahanlarda yüksək bal toplayan 3 məzunu xüsusi olaraq mükafatlandırıb.

Qeyd edək ik, tədbirdə iştirak edənQardaşlaşmış şəhərlər”in nümayəndələri adından Belarus Respublikasının Nesvij rayonunun İcraiyyə Komitəsinin sədri Lazyuk Valeriy Mixayloviç bayram iştirakçılarını təbrik edib, İsmayıllının sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Kərimli İsmayıllı rayonunda təhsilin ildən-ilə artan uğurlarından danışıb.

Tarix elmləri doktoru, MTRŞ-nin sədr müavini Qafar Cəbiyev tələbələri təbrik edib, onlara kamil mütəxəssis olmağı, ölkəmiz üçün vacib olan elmlərə yiyələnməyi, Azərbaycan tarixini dərindən öyrənməyi, milli-mənəvi dəyərlərə hər zaman hörmətlə yanaşmağı arzulayıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2018.- 11 sentyabr.- S.5.

 

 

·