Azərbaycan aqrar elmijurnalının xüsusi buraxılışı akademik Həsən Əliyevə həsr olunub

 

Azərbaycan elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli təbiətşünas alim tanınmış ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində nazirliyinAzərbaycan aqrar elmijurnalının xüsusi buraxılışı nəşr edilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nəfis şəkildə çap olunmuşAzərbaycan aqrar elmijurnalının xüsusi buraxılışında Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi tədbirlər planına əsasən keçirilən akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr edilmiş konfrans seminarlar, ağacəkmə kampaniyası, Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alimin xatirəsinə həsr edilmiş yaşıllıq zonasının yaradılması tanınmış ictimai-siyasi xadimin həyatı elmi fəaliyyəti barədə dolğun materiallar dərc olunub.

Yeni Azərbaycan.- 2017.- 6 yanvar.- S.-5.