Penitensiar Tarix Muzeyi Xidmətin zəngin şərəfli tarixinin öyrənilməsində təbliğində mühüm rol oynayır

 Son illər Azərbaycanda cəza-icra siyasəti sahəsində həyata keçirilən ardıcıl məqsədyönlü tədbirlər Penitensiar Xidmətdə çalışan kadrların peşəkarlıqlarının artırılması, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, azadlıqdan məhrum edilmiş şəxslərə göstərilən tibbi xidmətin psixoloji yardımın yüksəldilməsi, məhkumların hüquq azadlıqlarının təminatı, onların təhsilə cəlb olunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi digər istiqamətlərdə mühüm uğurların əldə edilməsi ilə nəticələnib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığıPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədəSərəncamı qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya yeni vəzifələr qoyur.

AZƏRTAC xəbər verir ki, öz fəaliyyətini insan vətəndaş hüquqları azadlıqlarına hörmət, qanunçuluq humanizm prinsipləri əsasında quran Penitensiar Xidmətin çətin, lakin şərəfli zəngin tarixini öyrənmək, həbs olunmuş şəxslərin məhkumların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki gələcək nəsillərə çatdırmaq, bu sahənin yaxşı ənənələrini qoruyub saxlamaqla varisliyi təmin etmək, kadrların gənc nəslini bu sistemin qabaqcıl ənənələri ruhunda tərbiyə etmək baxımından Penitensiar Tarix Muzeyi mühüm əhəmiyyət kəsb edir.

Ədliyyə nazirinin müvafiq əmri ilə yaradılan muzey neçə illərdir fəaliyyət göstərir. Ən maraqlısı odur ki, bu muzey hər hansı mütəxəssislər tərəfindən deyil, Penitensiar Xidmətin bir qrup əməkdaşı tərəfindən yaradılıb.

Yeddi bölmədən ibarət muzeyin ekspozisiyasına yüzlərlə müxtəlif sənəd, məhkumların hazırladıqları əşya, orden-medal digər materiallar, eləcə çoxsaylı fotoşəkillər daxildir.

Muzeyin sahəsinə görə ən böyük olan birinci bölməsi Ümummilli lider Heydər Əliyevin mənalı həyatına çoxşaxəli siyasi fəaliyyətinə həsr edilib. Mərkəzdə Ulu öndərin abidəsi diqqəti cəlb edir. Zalda Heydər Əliyevin həyatının uşaqlıq, gənclik sonrakı dövrlərini, o cümlədən dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illəri əks etdirən fotoşəkil sənədlərdən ibarət eksponatlar, ədliyyə sistemi ilə əlaqədar fərman sərəncamlarının surətləri nümayiş olunur.

Penitensiar Tarix Muzeyinin ikinci bölməsi Ümummilli lider Heydər Əliyevin Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən əsas stenddən, eləcə Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin rəhbərliyinin müxtəlif tədbir görüşlərinə dair fotoşəkillərdən ibarətdir. Bu zalda, həmçinin muzeyin fəxri qonaqlarının öz təəssüratlarını qeyd etmələri üçün xatirə kitabı da qoyulub.

Muzeydə diqqəti ən çox cəlb edən bölmələrdən biri Tariximizin qan yaddaşıadlanır. Bu bölmə keçən əsrin 30-cu illərinin repressiyalarından, erməni terrorunun qurbanları olan azərbaycanlı türk diplomatlardan, 20 Yanvar Xocalı faciələrindən, Bakı metrosunda törədilən terror aktından, Dağlıq Qarabağ dəhşətlərindən bəhs edən eksponatlardan ibarətdir. Zalın mərkəzində xilaskar türk əsgərinə Xocalı faciəsinə həsr olunmuş abidə var. Bölmədə türk dünyasının böyük öndərləri Heydər Əliyevin Mustafa Kamal Atatürkün büstləri onların sitatlarının yazıldığı lövhələr böyük maraq doğurur.

Penitensiar Xidmətin veteranlarına həsr olunan dördüncü bölmədə vaxtilə bu qurumun rəisi olmuş Sovet İttifaqı Qəhrəmanı, general-mayor Səlahəddin Kazımovun, mühafizə alayının komandiri vəzifəsində xidmət etmiş Nəsib Əliyevin bu xidmət sahəsinin bir sıra veteranlarının həyat fəaliyyəti haqqında materiallar, onlara məxsus xüsusi geyim formaları digər şəxsi əşyalar nümayiş olunur.

Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən digər bölmədə müxtəlif dövrlərdə Penitensiar Xidmətin strukturu, əməkdaşların idman nailiyyətlərini, Mühafizə Alayının, Konvoy Taborunun, müəssisələrin fəaliyyətini əks etdirən yazı şəkillərdən ibarət stendlər, məhkumların əl işləri olan suvenirlər, müxtəlif dövrlərdə qüvvədə olan əmr təlimatların nümunələri, ədalət ilahəsinin mərkəzdə yerləşdirilmiş heykəli s. diqqəti cəlb edir. Zalda Ədliyyə Nazirliyinin futbol komandasının bayrağını, komandanın müxtəlif dövrlərdəki heyətlərinin fotoşəkillərini görmək mümkündür.

Muzeyin altıncı bölməsi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə sisteminə dair sənədlərdən, o dövrün pul əsginaslarından, sovet hakimiyyəti illərində cəzaçəkmə sisteminə aid sənəd şəkillərdən, xüsusi kontingentin geyim forması nümunələrindən, cəzaçəkmə müəssisələrində istehsal olunan əşyaların nümunələrindən, həbsxana kamerasının cəzaçəkmə müəssisələrinin nəfis şəkildə dəqiqliklə işlənmiş maketlərindən ibarətdir. Gəncədə inşa olunan qarışıq rejimli cəzaçəkmə müəssisəsinin, Qobustan həbsxanasının maketləri diqqəti cəlb edir.

Sonuncu - yeddinci bölmə qədim zamanlarda orta əsrlərdə həyata keçirilən cəza növlərini əks etdirən maketlərdən, Bayıl həbsxanasının yüksək dəqiqliklə işlənmiş maketindən, sovet dövründə ondan əvvəl Azərbaycanın müxtəlif bölgələrində yerləşən həbsxanaların qalıqlarına dair fotoşəkillərdən ibarətdir.

Bir sözlə, muzey Penitensiar Xidmətin çətin, lakin şərəfli zəngin tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Bu baxımdan muzey üçün tarixi əhəmiyyət kəsb edən sənəd materialların toplanması işi daim davam etdirilir.

Penitensiar Tarix Muzeyinin bu qurumun zəngin irsinin təbliğində önəmi nəzərə alınaraq Penitensiar Xidmətə işə qəbul olunan orta kiçik rəis heyətinin, tədris mərkəzində kurs keçən müxtəlif xidmət sahələrinin əməkdaşları da tədris proqramı çərçivəsində muzeylə tanış edilirlər.

Yeni Azərbaycan.- 2018.- 11 yanvar.- S.7.