Nərimanov rayonunda İkinci Dünya müharibəsinin iştirakçısı İvan Timçenko 100 illik yubileyi münasibəti ilə ziyarət olunub

 Nərimanov rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsinin iştirakçısı, Krımın azad edilməsində xüsusi xidmətləri olmuş təyyarəçi-podpolkovnik İvan İvanoviç Timçenko 100 illik yubileyi münasibəti ilə ziyarət olunub. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov yubilyarı yaşadığı evdə ziyarət edərək təbriklərini çatdırıblar.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev yubilyarı təbrik edərək qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim qayğı ilə yanaşır, onların sosial məsələlərinin problemlərinin həllini diqqət mərkəzində saxlayır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir. Bunu əsas tutaraq Nərimanov rayonunda ənənəvi olaraq müharibə, əmək silahlı qüvvələr veteranları hər zaman diqqət mərkəzində saxlanılır.

Ziyarət zamanı İvan İvanoviç Timçenkonun xidmətləri vurğulanıb ona göstərdiyi şücaətlərə görə rayon rəhbərliyi öz təşəkkürünü bildirib. Daha sonra İradə Mahmudova Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adından olan hədiyyəni yubilyara təqdim edib.

İ.İ.Timçenkonun oğlu Aleksandr İvanoviç göstərilən bu diqqətə görə Nərimanov rayon İcra Hakimiyyətinin YAP Nərimanov rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib. Ümummilli liderimiz Heydər Əliyevin veteranlara göstərdiyi xüsusi diqqət qayğıdan danışan A.Timçenko bu gün Azərbaycan Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğını yüksək dəyərləndirib.

Sonda yubilyar onun ailəsi ilə xatirə şəkli çəkilib.

Yeni Azərbaycan.- 2018.- 17 yanvar.- S.5.