İrsseriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsikitabının təqdimatı olub

 Kitabda Qarabağın tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur

Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzindəİrsseriyasının yeni nəşri olanQarabağ - əsrlərin salnaməsikitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta” ASC-nin Silk Way Groupşirkətinin dəstəyi ilə “IRS Publishing Housetərəfindən nəşr edilib.

Respublikanın tanınmış elm, mədəniyyət incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda şəhid olan oğul qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Nazir deyib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində belə bir nəşrin təqdimatının keçirilməsi xüsusi önəm kəsb edir. Çünki burada Qarabağın tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.

Nazir bildirib ki, nəşrdə toplanan tarixi faktlar arxeoloqların tapıntıları təsdiq edir ki, Qarabağ, həqiqətən, bəşəriyyətin ilk yurdlarından biri hesab edilə bilər. Ulu öndər Heydər ƏliyevinŞuşa təkcə şuşalılar üçün yox, vətənimizi sevən hər bir azərbaycanlı üçün əziz torpaqdır”, Prezident İlham Əliyevinmilli mənəvi dəyərlərimiz bizim üçün üstündürsözlərini xatırladan nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Diqqətə çatdırılıb ki, bu gün işğal edilən torpaqlarımızda ermənilər mədəni, dini abidələrimizi məhv edərək, mənəvi oğurluqla məşğuldurlar: Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal edilib. İşğal nəticəsində 23 muzeyimizə məxsus 86 min 307 eksponat, 4 rəsm qalereyasına məxsus 371 rəsm əsəri, 13 arxivə məxsus 260 min sənəd, 4 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 85 uşaq musiqi məktəbi, 4 teatr, 2 konsert müəssisəsi talan edilərək dağıdılıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın çoxəsrlik tarixinin bütün mərhələlərini əks etdirən dövlət qeydiyyatına alınmış 698 tarix-mədəniyyət abidəsi ilə yanaşı, minlərlə qeydiyyata düşməyən tarix-mədəniyyət abidəsi düşmən tapdağı altındadır. Bütün bunlar isə bəşəriyyətə qarşı cinayətdir”.

Kitabın məziyyətlərindən danışan nazir söyləyib ki, yeni nəşrAzıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “ unutmaq, bağışlamaqfəsillərindən, proloq epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, “Azıx mağarasıfəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır: “Məmmədəli Hüseynovun topladığı zəngin material onun bu regionda insanın əmək fəaliyyətinə 2 milyon il öncə başlaması ilə bağlı cəsarətli fərziyyə irəli sürməsinə imkan verdi. Gürcü arxeoloqların daha sonrakı tapıntıları azərbaycanlı alimin ehtimalını doğrultdu.

Oxucular bu nəşrdə, həmçinin XV-XVIII əsrlərdə Azərbaycanda müxtəlif müharibələr zamanı Qarabağın mövqeyi (“Müharibələrarası dövrfəsli), Qarabağ xanlığının əsasının qoyulması, burada dövlətçilik istiqamətində görülən işlər (“Pənahəli xan Qarabağlı”), Ağa Məhəmməd şah Qacarın hücumu Şuşanın müdafiəsi (“Yenilməz Şuşa”), XIX əsrin mürəkkəb siyasi prosesləri, Rusiya imperiyasının tərkibinə ilhaq olunduqdan sonra Qarabağın vəziyyəti, ermənilərin buraya köçürülməsi, Rusiya imperiyasınınParçala və hökm sür!” siyasəti (“Çətin seçim”) haqqında tarixi materiallarla da tanış ola bilərlər. “Əcdadların torpağı uğrundafəslində isə XX əsrdə Qarabağın ictimai-siyasi, mədəni mühiti sosial həyatı əks olunub. XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində yaşanan dəhşətli faciələr, işğal altında qalan ərazilərimizdəki abidələrin məhv edilməsi (“ unutmaq, bağışlamaqfəsli) haqqında məlumatlar verilib.

Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Xüsusi dizayn zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan rus ingilis dillərində təqdim edilir.

Nazir deyib ki, layihə çərçivəsində indiyədəkQədim qalanın yuxuları”, “Qobustan - minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan - Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyasıkitabları nəşr olunub.

Layihənin rəhbəri, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı Qarabağı xaricdə təbliğ etmək üçün fərqli yanaşmaya üz tutduqlarını bildirib. Qeyd edib ki, əsas məqsəd Qarabağın bizim üçün niyə bu qədər əziz olduğunu, onun uğrunda niyə qan töküldüyünü dünya ictimaiyyətinə çatdırmaqdır.

Musa Mərcanlı deyib ki, dörd il müddətində hazırlanan kitabda Qarabağın tarixi keçmişini əks etdirən fotoşəkillərlə yanaşı, müasir görünüşünü əks etdirən fotolara da yer ayrılıb. Yüksək poliqrafiya mədəniyyətinə, nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı fotolar şəkillərlə müşayiət olunur. 2015-2016-cı illərə aid fotoşəkillər “CAVIAR-PRESS” agentliyi tərəfindən təqdim edilib. Tarixi fotoşəkillər “İRS” jurnalının arxivindəndir. Bütün bunlar yeni nəslə Qarabağ haqqında əsl həqiqətləri çatdırmağa imkan verir. “Kitabda Qarabağın yeni görünüşlərinin yer almasında xarici fotomüxbirlərin əməyi var. Deyərdim ki, bu kitab bütövlükdə Azərbaycan mediasının qələbəsidir. Biz müəyyən mənada istəyimizə çatmışıq. Azərbaycan, rus ingilis dilində hazırlanan nəşr bütün dünyaya bir daha Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olacağını sübut edəcək. Kitab sonda çox böyük nikbinliklə - xalqımızın qələbə əzmi ilə yekunlaşır. Bu yöndə işlərimizi məmnuniyyətlə davam etdirəcəyik”, - deyə M.Mərcanlı söyləyib.

Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Qarabağ həqiqətlərinin dünyaya təqdim edilməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb. Bildirib ki, kitabda tarixi faktlar düzgün ardıcıllıqla yer alıb, keyfiyyətli fotolar təqdim edilib. Onun sözlərinə görə, bu layihə ermənilərlə informasiya müharibəsində əldə etdiyimiz bir qələbədir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Qarabağ haqqında hər bir əsərin yüksək səviyyədə olmasının vacibliyini söyləyib. Deyib ki, təqdimatı keçirilən kitab nəfis şəkildə çap edilib. Münaqişənin başladığı ilk illərdə Şuşaya səfərini ermənilərin torpaqlarımıza iddiası ilə bağlı qarabağlıların fikirlərini xatırlayan Fərhad Bədəlbəyli heç bir erməninin muğamı, “Qarabağşikəstəsini azərbaycanlı kimi oxuya bilməyəcəyini vurğulayıb. Bildirib ki, bu, Qarabağın kimə məxsusluğunu təsdiq edən faktlardan biridir.

Tədbir konsert proqramı ilə davam edib. Sonda tanınmış gənc muğam ifaçılarıQarabağşikəstəsini səsləndiriblər.

Yeni Azərbaycan.- 2018.- 19 yanvar.- S.3.