Heydər Əliyev MərkəzindəQaratoxmaq qadınmonotamaşası nümayiş etdirilib

 

Heydər Əliyev Mərkəzində dahi rus şairi Aleksandr Puşkinin eyniadlı mistik povestinin motivləri əsasında Rusiyanın Xalq artisti Yevgeni KnyazevinQaratoxmaq qadınmonotamaşası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Yevgeni Knyazev jurnalistlərlə söhbətində öz fikirlərini bölüşüb: “Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığı rus ədəbiyyatında müstəsna yerə malikdir. O, rus dilinin formalaşmasında böyük rol oynayıb. Bu il dahi şairin 220 illiyi qeyd edilir. Mən Bakıya gəlmək Heydər Əliyev Mərkəzində çıxış etməklə bağlı dəvəti məmnuniyyətlə qəbul etdim. Azərbaycanda iki dəfə olmuşam. Bu müddətdə Bakı heyrətamiz dərəcədə dəyişib. Dünən bulvar boyu sahildə gəzişirdim. Şəhərin gözəlliyindən zövq alırdım. Mənim çoxlu azərbaycanlı dostlarım var sevinirəm ki, Rusiya Azərbaycanı bu cür isti dostluq əlaqələri birləşdirir”.

SonraQaratoxmaq qadınmonotamaşasının nümayişi olub. Yevgeni Knyazev böyük məharətlə Geman, Liza qrafinya obrazlarını canlandırıb. Artistin çıxışı bakılı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Yevgeni Knyazev tanınmış teatr kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə isə bu teatrdaQaratoxmaq qadıntamaşasında German rolunu ifa edib. Həmin əsər Pyotr Fomenko tərəfindən səhnələşdirilib. Bir neçə ildən sonra aktyor səhnədə tərəf müqabillərindən imtina edir təkcə German rolunu deyil, həmçinin Liza qrafinya obrazlarını da canlandıraraqQaratoxmaq qadıntamaşasını tək yaradır.

Y.Knyazevin minimum dekorasiyadan istifadə olunduğu tamaşada parlaq ifa tərzi, öz qəhrəmanlarını məharətlə canlandırması tamaşaçılara Aleksandr Puşkin yaradıcılığının sehrli aləminə nüfuz etmək imkanı verir.

Aktyor Y.Vaxtanqov adına Teatrın səhnəsində onlarla obraza səhnə həyatı bəxş edib, eyni zamanda, bir sıra başqa teatrlarla da əməkdaşlıq edib. O, kinoda ilk dəfə 1983-cü ildə çəkilib Gecikmiş məhəbbətfilmində epizodik rolda oynayıb.

Y.Knyazev sonralar filmlərdə baş rolları ifa edib, həmçinin ekran əsərlərində tarixi obrazları canlandırıb, 2000-ci illərdə isə seriallarda çəkilməyə başlayıb. Aktyor Volf Messinq, İosif Stalin, Lev Trotski, Boris Pasternak kimi tarixi şəxsiyyətlərin obrazlarını məharətlə canlandırıb. O, teatrda kinoda oynadığı rollarla böyük tamaşaçı sevgisi qazanıb.

 

Yeni Azərbaycan.- 2019.- 18 aprel.- S.7.