Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) cari ili uğurla başa vurur. Dövlət başçısının tövsiyəsi ilə BBMM, sadəcə, ölkə daxilində deyil, eyni zamanda, bir sıra xarici ölkələrdə Azərbaycandakı etno-mədəni konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, habelə mədəniyyətlərarası dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, “dəyirmi masa”lar, seminarlar, təqdimatlar, görüşlər həyata keçirib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə multikultural cəmiyyətdəki inteqrasiya idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

2019-cu il ərzində ölkə daxilində gerçəkləşən 40-a yaxın yerli beynəlxalq əhəmiyyətli tədbir içərisində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Multikulturalizm Mərkəzinin 5 illiyinə həsr edilmiş yubiley mərasimi, “Holokost Xocalı - müasirlərin gözü ilə” adlı “dəyirmi masa”, “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “1918-ci il mart soyqırımı yəhudilər” mövzusunda II Beynəlxalq konfrans, V Ümumdünya mədəniyyətlərarası dialoq forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda beynəlxalq “dəyirmi masa”, “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı dünya gənclərinin I Forumu, eləcə “Qafqaz Albaniyası: tarix müasirlik kontekstində” mövzusunda II beynəlxalq elmi konfransı xüsusi qeyd etmək lazımdır.

Xarici ölkələrdə isə ABŞ-ın Arizona ştatında baş tutan “Multikulturalizm harmoniya sülhün açarı” adlı beynəlxalq konfrans, Los-Anceles şəhərində “Azərbaycan multikulturalizm modeli”nə həsr olunmuş “dəyirmi masa”, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə Parisdə keçirilən beynəlxalq tədbir, Almaniyanın Pirna Drezden Universitetlərində “Cənubi Qafqazda almanların məskunlaşması”, Mərakeş Krallığının İbn Zöhr Cadi Ayyad Universitetlərində isə “Azərbaycanda dini, etnik, dil müxtəlifliyi tolerantlıq”, “Azərbaycan multikulturalizm modeli dünya ölkələrinə nümunə kimi” mövzularında təqdim edilən mühazirələr, Ümumukrayna esse müsabiqəsi, Braziliya, Argentina Uruqvayın ali təhsil ocaqlarında təşkil olunmuş silsilə multikulturalizm seminarları digər bu qəbildən olan tədbirlər geniş rezonans doğurmuşdu. Bundan başqa, 2019-cu ildə Mərkəzin 9-cu nümayəndəliyi Rumıniyada açılmışdır. Bütün nümayəndəliklərdə ölkəmizlə bağlı əlamətdar günlər xüsusi tədbirlərlə qeyd edilmişdir.

Ənənəvi olaraq, hər il həyata keçirilən Beynəlxalq Multikulturalizm Yay Qış məktəblərində bu il müxtəlif ölkələrdən, eləcə Azərbaycandan 200 nəfərədək gənc iştirak etmişdir. Artıq IX dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay Qış Məktəblərinə bir sıra beynəlxalq qurumlar fondlar da həmtəşkilatçı kimi qoşulmuşdur.

Cari ildə Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsi üçün əməkdalığı çərçivəsində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunmuş müsabiqə elan edilmişdir.

BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 21 aparıcı universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi davam etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində bütün ixtisaslar üzrə “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunmağa başlanmışdır. Bu ilin sentyabrında fənni tədris edəcək müəllimlər üçün treninqlər təşkil edilmişdir. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə hazırladığı “Multikulturalizmə giriş” dərsliyi ictimaiyyətə təqdim olunmuşdur.

Cari ildə Multikulturalizm Mərkəzi multikulturalizm sahəsində aparılan araşdırmaların, eləcə bu istiqamətdə təşkil olunan yerli xarici konfrans materiallarının nəşrini həyata keçirmişdir. Fransız, italyan ispan dillərinə tərcümə edilərək nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Multikulturalizmin Azərbaycan modeli haqqında”, BBMM-in Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təqdim etdiyi ingilis dilində hazırlanmış “Azərbaycan Multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi”, Azərbaycan, rus ingilis dillərində nəşr olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı kitablar, habelə ali məktəblər üçün rus dilində “Azərbaycan multikulturalizmi” adlı dərs vəsaiti 2019-cu ildə işıq üzü görmüşdür. Azərbaycan, rus ingilis dillərində təqdim olunan “Multikulturalizm” jurnalının nəşri cari ildə davam etdirilmişdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu il ərzindəki fəaliyyəti, layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq, yerli telekanallar tərəfindən işıqlandırılmışdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), eləcə yerli mətbuat orqanları onların internet səhifələrində BBMM-in ölkə daxilində, habelə xaricdə keçirilən bütün tədbirləri haqda məlumatlar davamlı olaraq dərc edilərək yayılmışdır.

2018-ci ilin oktyabr ayından etibarən yayımlanan BBMM-in Azərbaycan Televiziyası ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi 2019-cu ildə davam etmişdir. Ayda iki dəfə olmaqla il ərzində 20 televiziya verilişi hazırlanaraq efirə verilmişdir. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapmışdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu il ərzində fəaliyyəti barədə bütün informasiya məlumatları Mərkəzin 3 dildə - Azərbaycan, rus ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə rəsmi facebook, Twitter Youtube səhifəsində yerləşdirilmişdir.

Billurə Aslanqızı

BBMM-in aparıcı məsləhətçisi

Yeni Azərbaycan.- 2017.- 14 dekabr.- S.7