Heydər Əliyev Mərkəzində Musica Viva Moskva Kamera Orkestrinin konserti keçirilib

 

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində Musica Viva Moskva Kamera Orkestrinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, orkestrin bədii rəhbəri dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış ediblər.

Konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri V.A.Motsart, İ.S.Bax, A.Arenski D.Şostakoviçin əsərləri ifa olunub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Arazbarı əsəri orkestrin ifasında tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Musica Viva Moskva Kamera Orkestri 1978-ci ildən fəaliyyət göstərir. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı pianoçu Aleksandr Rudin rəhbərlik edir. Musica Viva beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə Yaponiyada qastrollarda olub.

Aleksandr Rudin Rusiya Federasiyasının Xalq artisti, Dövlət mükafatı laureatıdır. Dünya şöhrətli violonçel ifaçısı, simfonik kamera orkestrləri ilə əməkdaşlıq edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı, kamera əsərlərinin orkestr redaksiyasının müəllifidir.

Aleksey Volodin Rusiya fortepiano məktəbinin ən istedadlı, müstəsna texniki ustalıqlara malik nümayəndələrindən biri, müxtəlif beynəlxalq müsabiqələrin laureatıdır.

İstedadlı truba ifaçısı Andrey Yerşov K.Stanislavski V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.

Yeni Azərbaycan.- 2019.-19 dekabr.- S.7