Pirallahı rayonunda bədii qiraət müsabiqəsi keçirilib

 

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə keçirilib. Müsabiqədə unudulmaz şair Nəsiminin şeirlərindən istifadə olunub. Müsabiqənin qalibləri fəxri fərman hədiyyələrlə mükafatlandırılıblar.

İyirmi gəncin iştirak etdiyi müsabiqədə onların bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən, bədii qiraət müsabiqəsində 168 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qorxmaz Məmmədzadə birinci yer, 186 nömrəli tam orta məktəbin XI sinif şagirdi Lalə Mehralıyeva ikinci yer, 235 nömrəli tam orta məktəbin XI sinif şagirdi Hidayət Kərimli isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, qaliblər respublika müsabiqəsində iştirak edəcəklər.

 

Yeni Azərbaycvan.- 2019.- 19 iyun.- S.-7.