Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 2-də Ağdamda konsert keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə xalq mahnıları, muğam ifaları rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış ediblər.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin doğum günü Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəranda Naxçıvanda konsertlər təşkil olunacaq. Konsertlərdə muğam, folklor, aşıq, estrada pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.

Yeni Azərbaycan.- 2019.- 3 may.- S.5