Milli Aviasiya Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Mayın 10-da “Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuşXalqa bağışlanan ömürmövzusunda açıq dərs keçirilib.

Milli Aviasiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, açıq dərsdə akademiyanınDil ictimai fənlərkafedrasının müəllimləri İqtisadiyyat Hüquqfakültəsinin tələbələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonraDil ictimai fənlərkafedrasının müəllimi, f.f.e.d., dosent Ələddin Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti xalqı qarşısında əvəzsiz xidmətlərindən, həmçinin dövlət müstəqilliyimizin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsində əvəzolunmaz fəaliyyəti haqqında tələbələrə məlumat verib. Daha sonra tələbələr Ulu Öndərə həsr edilmiş şerlər, həmçinin dünyanın görkəmli dövlət siyasi xadimləri tərəfindən Ümummilli Liderin şəxsiyyəti, uzaqgörən müdrik siyasəti haqqında deyilmiş fikirləri müxtəlif xarici dillərdə söyləyiblər.

Açıq dərsHər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi varadlı filmin nümayişi ilə yekunlaşıb.

Yeni Azərbaycan.- 2019.- 11 may.- S.7.