Heydər Əliyev Azərbaycanın Türkiyənin birgə inkişafı üçün böyük səylər göstərib

 

Ankarada Ulu Öndərin doğum gününə həsr olunan mərasim keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ankara şəhərində geniş mərasim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mərasim Türkiyənin paytaxtındakı Heydər Əliyev Parkında Ulu Öndərin heykəlinin ziyarət olunması ilə başlanıb. Azərbaycanın Türkiyədəki səfirliyi adından heykəlin önünə əklil qoyulub. Ziyarətdə Azərbaycanı Türkiyəni təmsil edən rəsmi şəxslər, o cümlədən Azərbaycan Milli Məclisinin komitə sədrləri Eldar İbrahimov Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, diplomatlar, Ankarada hərbi təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbir Ankaradakı Heydər Əliyevin adına orta məktəbdə davam edib.

Əvvəlcə Ulu Öndərlər Heydər Əliyevin Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycanın Türkiyənin dövlət himnləri səsləndirilib.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, sədr müavini Orxan Erdem, dostluq qrupunun keçmiş sədri Necdət Ünüvar Heydər Əliyev Məktəbinin direktoru Necattin Şəngəzər çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması inkişafı yolunda həyata keçirdiyi siyasətin nəticələrindən, həmçinin türk dünyasının həmrəyliyi istiqamətində təşəbbüs göstərdiyi reallığa çevirdiyi işlərdən, beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən danışılıb. Diqqətə çatdırılıb ki, ölkəmizi parçalanmaqdan məhv olmaqdan xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın Türkiyənin birgə inkişafı üçün böyük səylər göstərib. Ölkələrimizin müasir inkişafı bu səylərin bariz nümunəsidir. Əminliklə ifadə olunub ki, Heydər Əliyevin həmişəyaşar adı Azərbaycanda Türkiyədə olduğu kimi, bütün türk dünyasında əbədiyyətə qədər ehtiramla yad olunacaq.

Mərasim şagirdlərin bədii proqramı ilə davam etdirilib. Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər oxunub şagirdlərin digər ifaları olub.

Bədii hissənin ardınca Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi tərəfindən Ulu Öndər Heydər Əliyevlə bağlı keçirilmiş inşa, şeir rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Yeni Azərbaycan.- 2019.- 11 may.- S.7.