Hicran Hüseynova:
Koronavirusa qarşı
mübarizədə qlobal
həmrəylik vacibdir
Dünyanın
130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT
Baş Assambleyasının xüsusi sessiyasının təşkil
olunması təşəbbüsünü dəstəkləməsi
böyük uğurdur
Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən
Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
Respublikası tərəfindən
regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq
həmrəyliyin gücləndirilməsi
məqsədilə zəruri
təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Koronavirus infeksiyası
dünyada nəinki insanların həyatı üçün, sosial-iqtisadi
və humanitar sahələr üçün
də ciddi təhlükələr yaradıb.
Təbii ki, bu pandemiyanın qarşısının alınmasında
dünya birliyinin birgə fəaliyyəti vacibdir. Təəssüflər
olsun ki, bu istiqamətdə beynəlxalq münasibətlər
sferasında mühüm
rol oynaya bilən və böyük təsir gücünə malik, əsas aktorlardan sayılan BMT və onun əsas qurumlarının rolunu görə bilmədik. Həmçinin dünyada
aparıcı rola malik dövlətlər isə fərdi səviyyədə addımlar
atdılar. Görünən
o oldu ki, beynəlxalq münasibətlər
sistemində qlobal səviyyədə əməkdaşlıq
ürəkaçan səviyyədə
deyildir.
Bu fikirləri
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədri, professor Hicran Hüseynova
AZƏRTAC-a açıqlamasında söyləyib. O xatırladıb
ki, 2020-ci il mayın 4-də Qoşulmama
Hərəkatının sədri
kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə
Qoşulmama Hərəkatının
Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla
mübarizəyə həsr
olunmuş “COVID-19-a qarşı
birlikdəyik” mövzusunda
Zirvə görüşü
keçirildi. Bu
görüşdə ən
mühüm çağırışlardan
biri böhrana qarşı birləşməyin
və birgə mübarizə aparmağın
zəruri olmasının
qeyd edilməsi idi. Prezident İlham Əliyev Zirvə görüşündə
bildirib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi
təsir göstərir.
Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı
dəstək, özünə
qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib
gələ bilərik.
Bu çağırış
bir daha göstərir ki, ölkələr arasında
dostluq, həmrəylik
və qarşılıqlı
dəstək olmadan heç bir problemi həll etmək mümkün deyil. Bu tədbirdə Qoşulmama
Hərəkatı üzv
dövlətləri ilə
yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının
Prezidenti, Ümumdünya
Səhiyyə Təşkilatının
Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların
yüksək çinli
nümayəndələri də
iştirak ediblər.
Qeyd etmək istəyirəm ki, tərkibində 120 ölkəni
birləşdirən Qoşulmama
Hərəkatı BMT-dən
sonra dünya dövlətlərinin təmsil
olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Azərbaycan Respublikası COVID-19-a qarşı
mübarizədə qlobal
həmrəyliyin nümunəsi
kimi Ümumdünya Səhiyyə Təşkilatına
könüllü ianə
ayırıb, 30-dan çox
dövlətə humanitar
yardım verib.
Prezident İlham Əliyev
Qoşulmama Hərəkatının
onlayn Zirvə görüşündə çıxışı
zamanı qlobal həmrəyliyin nümunəsi
kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş
Assambleyasının dövlət
və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə
xüsusi sessiyasının
keçirilməsi təklifi
ilə çıxış
etdi.
Məlumat üçün
bildirmək istəyirəm
ki, BMT-nin Nizamnaməsinə əsasən,
Təhlükəsizlik Şurasının,
eləcə də Baş Assambleyanın zəruri hallarda xüsusi sessiyalar çağırılmasına dair mandatı var. Təklif Nyu-Yorkda 120 Qoşulmama
Hərəkatı üzv
ölkələri arasında
yekdilliklə razılaşdırılıb
və bunun ardınca Qoşulmama Hərəkatının sədri
Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri
adından BMT Baş Assambleyasının dövlət
və hökumət
başçıları səviyyəsində
videokonfrans vasitəsilə
xüsusi sessiyasının
keçirilməsi təklifi
ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.
Dünyanın 130-dan çox
dövlətinin Prezident
İlham Əliyevin
BMT Baş Assambleyasının
xüsusi sessiyasının
təşkil olunması
təşəbbüsünü dəstəkləməsi böyük
uğurdur.
Prezident İlham
Əliyevin irəli sürdüyü bu təşəbbüsün dəstəklənməsi
bir sıra mühüm məqamları
özündə birləşdirir.
Ölkə başçısının
təşəbbüsü əsas olaraq ondan ibarətdir ki, qlobal həmrəylik
olsun. BMT Baş
Assambleyasının xüsusi
sessiyasının keçirilməsi
barədə təşəbbüsünün
dəstəklənməsi, həmçinin beynəlxalq
ictimaiyyət tərəfindən
ölkəmizə olan
böyük etimadın
və hörmətin növbəti göstəricisidir.
Burada bir
məqamı da diqqətə çatdırmaq
istərdim. Ermənistan
bu təşəbbüsə
qarşı çıxış
edən yeganə dövlət olub. Bütün dünya bu virusla mübarizədə
qlobal həmrəyliyin
vacibliyini vurğuladığı
halda, Ermənistan bu hərəkəti ilə bir daha
özünün çirkin
mahiyyətini beynəlxalq
birliyə göstərib.
Təşəbbüsü
dəstəkləyən ölkələr
dünyanın bütün
regionlarını əhatə
edir. Onlar arasında BMT Təhlükəsizlik
Şurasının daimi
üzvlərindən tutmuş
kiçik ada ölkələrinə qədər
var. Dövlətlər tərəfindən bu məsələ ilə bağlı BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi
ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu
qeyd edilir.
Təbii ki,
xüsusi sessiyanın
çağırılması, dövlətlərin bir araya gələrək
COVID-19 bəlasından çıxış
yollarını müzakirə
etməsinə və həll yollarının tapılmasına böyük
ehtiyac və tələbat var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatında sədrliyi
dönəmində bundan
sonra da multilateralizmə, dünya
ölkələrinin ümumi
təhdidlər qarşısında
birləşməsinə və
qlobal həmrəyliyin
gücləndirilməsinə yönəlmiş fəaliyyətini
davam etdirəcək.
Yeni Azərbaycan.-
2020.- 2 iyul.- S.7.