Əlisahib Hüseynov: Paşinyanın başqa seçimi yoxdur

 

“Bir-birindən sərsəm açıqlamaları və paylaşımları sübut edir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyanın həqiqətən də çox ciddi pisixoloji problemləri var”. Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, Paşinyan kompromislər üçün, sülh üçün heç bir əl yeri qoymur. O bütün “körpü”ləri yandırır. Danışıqlardan imtina edir, “ancaq müharibə!” ritorikasından çıxış edir. Elə sosial şəbəkələrdə sonuncu paylaşımı da bütün bu fikirləri təsdiqləyir.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan Ordusunun müvəffəqiyyətli əks-hücumları nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri özünün rəsmi “facebook” səhifəsində bütün ermənilər üçün yeni “fəaliyyət planı”nı təqdim edib: “Planın əsas məğzi ondan ibarətdir ki, Paşinyan bütün erməniləri könüllü döyüş dəstələri yaratmağa çağırır. Lakin Paşinyanın yeni planı ermənilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, onun sözügedən statusunun altında şərh yazan bir çox ermənilər Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildiriblər. Bir sözlə, onlar bu yeni plana öz etirazlarını ifadə edirlər. Ancaq məlum məsələdir ki, onların rəyləri, etirazları narsizm xəstəliyinə tutulmuş Paşinyanın vecinə deyil. Paşinyan hal-hazırda öz xalqını eşitmək, dinləmək istəmir. Onsuz da müharibənin hələ ilk günlərindən Ermənistanın uduzduğunu dərk edən Nikol Paşinyan indi erməni xalqını yox, yalnız özünüöz hakimiyyətini xilas etməyi düşünür. Haqqında bəhs etdiyimiz yeni “fəaliyyət planı” da məhz onun hakimiyyət maraqlarına xidmət edir. Və əslində hal-hazırda hətta Qarabağ da Paşinyan üçün maraqlı deyil. Çünki o Qarabağı Ermənistan üçün artıq itirilmiş hesab edir. Ancaq kapitulyasiya etməyi də bacarmır. Çünki bu halda ermənilər onu linç edərlər. Odur ki, indi Paşinyan öz canının hayındadır. O çıxılmaz situasiyanın əsirinə çevrilibonun ətrafında çevrə gündən-günə daralır”.

Ə.Hüseynovun fikrincə, artıq Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir: “Rusiyadan, Fransadan dəstək alan siyasi rəqibləri onu devirmək üçün hər an fürsət gözləyirlər. Lakin Paşinyan əgər hələ də öz xalqına heç olmasa son anda hansısa bir yaxşılıq etmək istəyirsə, o zaman Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul etməli, müharibəni dayandırmalı və işğalçı erməni qoşunları torpaqlarımızı dərhal tərk etməlidir. Son çıxış yolu budur. Paşinyanın başqa seçimi yoxdur”.

 

Yeni Azərbaycan.- 2020.- 27 oktyabr.- S.11.