Multikulturalizm MərkəziQafqaz Albaniyasının etno-mədəni irsiadlı kitab çap edib

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Qafqaz Albaniyasının etno-mədəni irsiadlı yeni nəşri işıq üzü görüb.

 

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, rus ingilis dillərində təqdim olunan nəşrdə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına da aydınlıq gətirilib.

 

Mazzola FrançeskonunAntik xristian Qafqaz memarlığı”, Olbrayt Marek JanınParfiya dövründə Albaniya”, Vegge ByornunQüdsdən Kişə aparan yol”, Hiros YokonunDağlıq Qarabağla bağlı kompleks perspektivlər: azərbaycanlılar ermənilərin baxışlarının müqayisəsi digər bu kimi məqalələr əsaslı tədqiqatın dərin təhlilin nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rus ingilis dillərində nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq səviyyədə təqdim etmək imkanı yaradır.

 

Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsi onun ayrılmaz tərkib hissəsidir. “Qafqaz Albaniyasını öyrəniriklayihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi önəmli layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli xarici ölkə alimlərini araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq konfranslar, təqdimatlar dəyirmi masalar təşkil edilir .

 

Qafqaz Albaniyasının etno-mədəni irsiməqalələr toplusunun ön söz müəllifi baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, ideya müəllifi elmi məsləhətçisi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorlar AMEA-nın müxbir üzvü professor Fəridə Məmmədova AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ülviyyə Hacıyeva, nəşrə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət, diaspora, multikulturalizm dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadədir.

 

Məqalələr toplusunun BBMM tərəfindənAzərbaycan multikulturalizmifənninin tədris edildiyi dünyanın nüfuzlu ali təhsil ocaqlarında mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən filiallarında təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Yeni Azərbaycan.- 2020.- 17 yanvar.- S.7