Xətai Ələsgər: Aşıq Ələsgər irsinin araşdırılması tanıdılması ilə bağlı görülən bütün işlərə dəstək olmağa çalışacağıq

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixdə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyinə tapşırılıb.

Qeyd edək ki, Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi sənətkarın yaradıcılığı ilə məşğul olan tədqiqatçıların, ələsgərşünasların qarşısında yeni imkanlar açır.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Aşıq Ələsgərin nəticəsi, Dədə Ələsgər Ocağı İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai İslam oğlu Ələsgər sözügedən Sərəncamın mühüm əhəmiyyətə malik olduğunu deyib: Cənab Prezidentin imzaladığı bu Sərəncam ələsgərsevərlərin, aşıq sənətinin vurğunu olan insanların ürəyincə olub. Bu addım aşıq sənətinin gələcək inkişafı üçün mühüm töhfədir. Məhz buna görə Prezident İlham Əliyevə bir daha minnətdarlığımızı çatdırırıq.

Yubiley ili çərçivəsində artıq bir sıra tədbirlərin keçirildiyini xatırladan Xətai Ələsgər deyib ki, Aşıq Ələsgərin 200 illiyi ilə bağlı mühüm işlərə start verilib: Martın 30-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Göyçədən Türk dünyasına adlı virtual konfrans keçirilib. Mədəniyyət naziri Anar Kərimov, konfransda iştirak edən müxtəlif qurumların rəhbərləri, millət vəkilləri alimlər sənətkarın Azərbaycan mədəniyyətindəki yeri mövqeyindən bəhs ediblər. Fikrimcə, Aşıq Ələsgərin yubileyi ilə bağlı bütün tədbirlər onun həyat yaradıcılığına yenidən işıq salacaq, zəngin irsinin gələcək nəsillərə ötürülməsinə imkan verəcək. Ümumiyyətlə, Aşıq Ələsgər yaradıcılığında araşdırılmamış çox dərin qatlar mövcuddur. Bir məqamı qeyd edim ki, Aşıq Ələsgər 16 şeir növünə müraciət edən nadir söz ustadı olub. Onlardan 4-nün yaradıcısı onun özü olub. Bunlara dodaqdəyməz təcnis, dodaqdəyməz cığalı təcnis, dodaqdəyməz divani dildönməz aiddir. Bu baxımdan, Dədə Ələsgər yaradıcılığına dərindən bələd olduqca onun dilimizin, milli dəyərlərimizin təbliğində xüsusi rol oynadığını görə bilərik.

X.Ələsgər onu da əlavə edib ki, Dədə Ələsgər Ocağı İctimai Birliyi görkəmli sənətkarın yubileyi ilə bağlı bütün tədbirlərin təşkilində keçirilməsində iştirakı planlaşdırır: Əlamətdar yubileyin qeyd edildiyi 2021-ci ildə Aşıq Ələsgər irsinin araşdırılması tanıdılması ilə bağlı görülən bütün işlərə dəstək olmağa çalışacağıq. Bu zaman əsas məqsəd təkcə Aşıq Ələsgər yaradıcılığının təbliği deyil, onun təmsilçisi olduğu Göyçə aşıq məktəbinin görkəmli nümayəndələrinin xalqımıza yaxından tanıdılması olacaq.

 

Qaşqay ZİYƏDDİNOĞLU

 

Yeni Azərbaycan.- 2021.- 22 aprel.- S.4.