Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir

 

Nazim Mustafa: Ölkəmizdə müxtəlif milli dini mənsubiyyətə malik xalqların birgəyaşayışı üçün hərtərəfli şərait yaradılıb

 

Məlum olduğu kimi, multikulturalizm Azərbaycan cəmiyyətində mədəniyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi özünü göstərir. Dini mədəni fərqliliklərin olduğu cəmiyyətdə birgəyaşayışı müəyyənləşdirən vasitə kimi Azərbaycandakı multikulturalizm mühiti bütün dünyaya nümunə göstərilir. Dinlərarası sivilizasiyalararası münasibətlərin dərin tarixi köklərə malik olmasının nəticəsidir ki, xalqımız multikulturalizmi həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Qeyd edək ki, multikulturalizm Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Daha doğrusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra ölkəmizdə bütün xalqların dinlərin nümayəndələrinin birgəyaşayışı tam təmin olunub. Bununla yanaşı, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bütün azsaylı xalqların dinlərin nümayəndələrinin hüquqları təsbit edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması da ölkədəki dini dözümlülük mühitinin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Eyni zamanda, bu ya digər addımlarla ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi artırılıb. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda Multikulturalizm İli elan etməsini bu qəbildən olan ən mühüm addımlardan hesab etmək olar. Sözsüz ki, bu gün multikulturalizm həm dövlət siyasəti, həm cəmiyyətin həyat tərzidir.

Öz növbəsində, məsələyə münasibət bildirən Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın sözlərinə görə, bu gün Azərbaycan dünyada mutlikulturalizm mərkəzlərindən biri kimi tanınır: Ölkəmizdə müxtəlif milli dini mənsubiyyətə malik xalqların birgəyaşayışı üçün hərtərəfli şərait yaradılıb. Həmçinin multikulturalizmi beynəlxalq platformaya çevirmək üçün Azərbaycan mühüm təşəbbüslər irəli sürür həmin məqsədyönlü addımlar sivilizasiyalararası dialoqa xüsusi töhfə verir. Bu baxımdan, Azərbaycanda son illər baş tutan beynəlxalq tədbirlərin bir çoxunun sivilizasiyalararası dialoqla bağlı olması mühüm əhəmiyyət daşıyır. Belə ki, tarixdə ilk dəfə olaraq 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirləri, 2009-cu ildə Bakıda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında isə Avropa Şurasından mədəniyyət nazirləri iştirak ediblər. Bakı prosesi adlanan bu təşəbbüs Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq Bakı beynəlxalq humanitar forumlarının keçirilməsinə təkan verib. Həmin vaxtdan Azərbaycanda sivilizasiyalararası dinlərarası dialoqu təşviq edən ənənəvi nüfuzlu beynəlxalq tədbirlər, o cümlədən 2019-cu ilin noyabr ayında Dünya Dini Liderlərinin II Bakı Sammiti keçirilib. Bu tədbirlər Azərbaycanın multikulturalizm ənənələrinin təbliğində əvəzsiz rol oynayıb.

Araşdırmaçı-alim deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir: Belə ki, Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilib. 2015-ci il sentyabrın 8-də Parisdə təşkil olunan Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti mövzusunda konfransda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə məscidlərin, kilsə sinaqoqlarla yanaşı mövcud olduğunu, bütün dini azadlıqların təmin edildiyini diqqətə çatdırıb.

N.Mustafanın sözlərinə görə, Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri ölkəmizdəki bütün dini icmaların təmsilçilərinin birlik həmrəylik nümayiş etdirməsidir: Məlum olduğu kimi, Ermənistan tərəfinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsi böyük zəfərlə nəticələndi. 44 gün davam edən müharibədə ölkəmizin ərazi bütövlüyü uğrunda savaşan şəhid olanlar arasında müsəlmanlarla yanaşı, xristian yəhudilərin mövcud olması Azərbaycanda multikulturalizm birgəyaşayış siyasətinin təntənəsidir.

Tarix üzrə fəlsəfə doktoru deyib ki, ölkəmizdə mövcud olan multikulturalizm, dinlərarası dialoq tolerantlığın yüksək səviyyəsinə baxmayaraq, təcavüzkar Ermənistan vaxtaşırı ölkəmizə qarşı dini mövzuda saxta təbliğata rəvac verir: Belə ki, düşmənlərimiz işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni abidələrin guya Azərbaycan tərəfindən dağıdılması təhlükəsi barədə saxta təbliğat aparırlar. Halbuki beynəlxalq humanitar hüquq normalarına məhəl qoymayan Ermənistan işğal altında olan ərazilərimizdə tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini mədəni irsini tamamilə silməyə çalışıb, Şuşadakı pravoslav kilsəsini, digər bölgələrdəki alban-udi məbədlərini qəsb edərək qriqoryanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Bununla yanaşı, ermənilər xalqımıza məxsus xristian dini, tarixi-mədəniyyət abidələrini özününküləşdirməyə çalışıblar. Kəlbəcərin Vəng kəndindəki Xudavəng monastırı ilə bağlı cəhdlər məhz bu qəbildəndir.

Mədəni mənəvi dəyərlərin qorunması siyasətini qətiyyətlə davam etdirən Azərbaycan dövlətinin həm ölkə daxilində, həm dünyanın digər ölkələrində məscid kilsələrin bərpası işində mühüm addımlar atdığını deyən tarixçi alim vurğulayıb: Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş torpaqlarda da bütün dini mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq.

İşğaldan azad olunmuş ərazilərdə dini mədəni abidələrin bərpası qorunması istiqamətində artıq mühüm işlərin görüldüyünü vurğulayan N.Mustafa deyib ki, dilindən dinindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqlar qarşılıqlı anlaşma və hörmət şəraitində yaşadıqları üçün Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir.

 

 

Qaşqay RAMAZANOV

 

Yeni azərbaycan.- 2021.- 5 avqust.- S.4.