Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə çap olunan poçt markalarının təqdimatı olub

 

Qazax mədəniyyəti musiqisindən söz düşəndə, ilk növbədə böyük şair, yazıçı bəstəkar Abay Kunanbayev yada düşür. O, təkcə qazax xalqının deyil, bütövlükdə türk dünyasının tarixində parlaq iz buraxıb. Təsadüfi deyil ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev onu УYol göstərən ulduzФ kimi xarakterizə edib. Azərbaycanda da Abay Kunanbayevin xatirəsi həmişə əziz tutulur. 2011-ci ildə Bakının küçələrindən birinə Abay Kunanbayevin adı verilib. Həmin ilin mayında Bakı Dövlət Universitetində Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətə başlayıb. Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu Abay Kunanbayevə həsr olunmuş kitab hazırlayır. Bu, böyük mədəniyyət ictimai xadimə həsr edilən ilk kitab olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva avqustun 10-da Qazaxıstanın bütövlükdə türk dünyasının böyük şairi, yazıçısı, bəstəkarı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevə həsr olunan Abay Günü onun 175 illik yubileyi münasibətilə buraxılan poçt markalarının təqdimat mərasimində deyib.

G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunda keçirilən mərasimdə qeyd edib ki, keçən il Abay Kunanbayevin anadan olmasının 175 xalqımızın böyük bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə İspaniyada poçt markaları çap edilib.

Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov görkəmli ictimai xadimin yaradıcılığından, türk dünyasında ona göstərilən böyük hörmət ehtiramdan, ayrı-ayrı ölkələrdə onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən söz açıb. O, yubiley münasibətilə nəşr edilən poçt markasının böyük şair musiqiçinin xatirəsinə ehtiramın daha bir ifadəsi olduğunu bildirib.

Sonra poçt markaların möhürlənməsi mərasimi keçirilib.

Markalar Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun himayəsi ilə türk dünyasının görkəmli nümayəndəsinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyaya çatdırılması məqsədilə çap edilib. Poçt markalarının üzərində Abay Kunanbayevin təsviri ilə yanaşı, onun yaradıcılıq nümunələri, həmçinin türk dünyasının mədəni dəyərləri milli musiqi alətləri əks olunub.

Tədbirdə Əməkdar artist Şövqü Hüseynov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının artistləri Nəzrin Aslanlı Yuliya Matorina, Qazax Milli İncəsənət Akademiyasının artisti Akberen Atabay Amina Nurmuxammedova milli musiqi alətlərinin müşayiəti ilə Abay Kunanbayevin əsərlərindən ibarət mahnı şeirlər oxuyublar.

Sonda xatirə şəkilləri çəkdirilib hədiyyələr təqdim olunub.

 

Yeni Azərbaycan.- 2021.- 12 avqust.- S.3.