Azərbaycanda həyata keçirilən gender siyasəti qadın hüquqlarının qorunmasında mühüm rol oynayır

 

Əldə etdiyi hərtərəfli inkişaf nəticəsində yerləşdiyi regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilmiş Azərbaycanda hüquq azadlıqların müdafiəsi istiqamətində ciddi nailiyyətlər əldə olunub ki, bu da, dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Ölkəmizdə çoxşaxəli davamlı islahatların aparılması, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yönündə görülən işlər qadınların da cəmiyyətdəki rolunun artırılmasını təmin edib.

 

Vurğulamaq lazımdır ki, Azərbaycanda gender bərabərliyinin, qadın hüquqlarının ən yüksək səviyyədə təminatı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ümummilli Liderimizin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmi yüksək qiymətləndirilib. Yüzlərlə qadınımız yaradılan əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirib, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Azərbaycan elminin şöhrətini ucaldan onu dünyaya tanıdan qadınlara keçmiş Sovet İttifaqı dövründə ittifaqmiqyaslı fəxri adların verilməsi Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Ümummilli Liderimiz Heydər Əliyev cəmiyyətdə qadınların rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla onların dövlət strukturlarında, parlamentdə, siyasi ictimai təşkilatlarda geniş təmsil olunmalarına şərait yaradıb.

 

Əsası Ulu Öndərimiz tərəfindən qoyulan Azərbaycanın gender siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir. Gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Azərbaycan təhsili səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial ictimai həyatının bütün sahələrində fəal iştirak edirlər.

 

Ölkəmizdə həyata keçirilən gender siyasəti ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının bütün qanunları normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır. Millət vəkilinin sözlərinə görə, bunlar, bütövlükdə, Konstitusiya müddəalarına əsaslanır: “Ölkəmiz bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildəQadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasıüzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalananAzərbaycanda qadınların rolunun artırılması haqqındaSərəncama əsasən, dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirildi. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlandı. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğuQadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqındaKonvensiya Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti prioritetləri nəzərə almaqla tərtib edildi. Bu sənəd Dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tuturdu. Sözügedən Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edildi. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlbetmə daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutuldu”.

 

Millət vəkili deyib ki, Prezident İlham Əliyev hər zaman bu məsələ ilə bağlı çıxışlarında gender bərabərliyinin müasir dövrdə demokratik cəmiyyətin inkişafının insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil etdiyini ifadə edib: “2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu missiyanın daha geniş effektiv şəkildə həyata keçirilməsinə imkan verdi. Komitə ötən dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib. 2006-cı ildən bu yana Komitə tərəfindən gender, ailə digər bu kimi məsələlərlə bağlı mühüm layihələr həyata keçirilib. Bu gün analojiməzmunlu layihələr davam etdirilməkdədir”.

 

Mili Məclisin deputatı Sevinc Hüseynova da bildirib ki, tariximizin mədəniyyətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait, nəticə etibarilə, həm dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir: “Qadınlarımız ictimai həyatda fəallığı ilə seçilir. Bu gün Azərbaycanın seçkili orqanlarında-parlamentdə, bələdiyyələrdə qadınların sayı yüksək səviyyədədir. Onların fəaliyyəti üçün heç bir maneə yoxdur ictimai-siyasi həyatda fəalllıqları təmin edilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsininin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara milli maraqlarımıza söykənir. Bu gün hər bir Azərbaycan qadını Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətini örnək sayır”.

 

Millət vəkili onu da qeyd edib ki, 2011-ci ildə reallaşdırılan 2015-ci ilə qədər davam edənKənd rayon yerlərində yaşayan qadınların iqtisadi sosial həyatda iştirakının təşviqatılayihəsi regionlarda yaşayan qadınların ictimai fəal həyata cəlb olunmasında mühüm rol oynayıb. 2013-cü ildə həyata keçirilənYerli idarəetmədə Qadın liderliyilayihəsi isə gender bərabərliinin qorunması, eləcə  qadınların ictimai həyatda yüksək mövqe əldə etməsi istiqamətində olduqca vacib əhəmiyyət kəsb edib. Bundan başqa, son illərdə ölkəmizdə gender bərabərliyinin təminatı yönündə mühüm tədbirlər baş tutub. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindənMəişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün birgə tədbirlər planı həyata keçirilib. Sözügedən plana əsasən, regionlarda gender məsələləri ilə bağlı tədbirlər təşkil olunub, maarifləndirmə işləri aparılıb.

 

Beləliklə, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, səmərəli gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir.

 

Pərviz SADAYOĞLU

 

 Yeni Azərbaycan.- 2021.- 26 avqust.- S.6.