Sabir Hacıyev: Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpa olunması prioritet hədəf hesab olunur

 

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, bərpa yenidənqurma işlərinin aparılması əsas hədəflərimizdəndir. Məlum olduğu kimi, dövlət tərəfindən bütün infrastruktur layihələri icra edilir. Şuşaya yol çəkilməsi, Füzulidə hava limanının inşa edilməsi digər məsələlər bu istiqamətdə atılan mühüm addımlardandır. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpa olunması prioritet hədəf hesab edilir. Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.

S.Hacıyev deyib ki, ilk növbədə, Şuşanın dirçəldilməsi Qarabağın yenidən qurulması çiçəklənməsi işində mühüm addım olacaq: Dövlət başçımızın Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qeyd etdiyi kimi, Şuşada komendantlıq yaradılıb, indi isə mülki idarəetmə institutu formalaşdırılmaqdadır.

Şuşanın Azərbaycan tarixində xüsusi yeri var onun bərpası, dirçəldilməsi hamımızın işidir. Buna görə qısa müddətdə bütün infrastruktur layihələrini icra edilərək Şuşanın bərpa olunacağına şübhə yoxdur. Dövlət başçısının qeyd etdiyi kimi, tarixi, dini abidələrimizin bərpası ilə bağlı müvafiq göstərişlər verilib, konkret proqram işlənilir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar bu işə fəal qoşulublar. Əminliklə demək olar ki, böyük əzm şücaətlə düşmən tapdağından xilas edilən Şuşa şəhəri eyni əzm qətiyyətlə bərpa ediləcək, - deyə S.Hacıyev bildirib.

 

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2021.- 2 fevral.- S.7.